Müxalif liderlərin həbs olunmasına baxmayaraq, İrəvanda etiraz hərəkatı davam edir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ermənistanın “lragir.am” saytı yazır. Saytın xəbərinə görə, İrəvanın mərkəzindəki Respublika meydanına 160 min insan toplaşıb. Müxalif fəalların çıxış etdiyi tribunada deputat Zarui Postancyanın çıxışına icazə verilməyib. Fəallar bildiriblər ki, buradan yalnız konkret istiqamətli mesajlar verilməlidir, ümumi danışıqlara ehtiyac yoxdur.
Fəallardan David Petrosyan tələbələrə müraciət edərək, sabahdan etibarən dərslərə çıxmamağa çağırıb. Sayt yazır ki, Ermənistan hələ belə təçkilatlanmış və kütləvi mitinq görməyib. Xəbərə görə, ölkənin tanınmış sənət adamlarının da dəstək verdiyi mitinq dinc çıxışlarla davam edir.