Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Trend-in məlumatına görə, bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Sahil Rafiq oğlu Babayev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Buna qədər quruma rəhbərliyi Səlim Müslümov edib.