Bazar günü günü, 18 oktyabr 2026
     

Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir

Image


İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymindən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Zati aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə İslam Əməkdaşlıq Təşkilatı adından ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf hissi duyuram.

Cənab Prezident, seçicilərin mütləq əksəriyyətinin Zati-alinizə səs verməsi onların Sizin rəhbərliyinizə və Azərbaycanın gələcəyi ilə bağlı siyasətinizə bəslədiyi etimadın təcəssümüdür. Əminəm ki, Siz müdrikliyiniz və zəngin təcrübəniz sayəsində ali dövləti fəaliyyətinizi Azərbaycan xalqının əmin-amanlığı, birliyi və tərəqqisi naminə bundan sonra da uğurla davam etdirəcəksiniz.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, bir daha bildirirəm ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan Respublikası ilə münasibətlərini yüksək qiymətləndirir. Biz Azərbaycan ilə ikitərəfli əməkdaşlığımızı bundan sonra da möhkəmləndirmək istiqamətində səylərimizi əsirgəməyəcəyik.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz".

XXX

Misir Ərəb Respublikası Nümayəndələr Palatasının Din və Vəqflər İşləri Komitəsinin sədri, Misir-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Dr.Üsəmə əl-Abddan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Hörmətli cənab Prezident, Zati-alinizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə Sizə ən səmimi təbriklərimi yetirməkdən xoşbəxtlik duyuram.

Şərq və Qərbin qədim mədəniyyətlərinin qovuşduğu gözəllik təcəssümü olan Bakı şəhərində “İslam Həmrəyliyi İli”nin yekunlarına həsr olunmuş konfransda iştirakımdan bəri Sizin qələbənizə inanırdım.

Sizin əzəmətli ölkənizdə seyr etdiyim tərəqqi və əmin-amanlıq məni heyran qoydu.

Sizin rəhbərliyiniz dövründə Azərbaycan xalqının Zati-alinizə qarşı duyduğu sevgi və bağlılığın yüksək dərəcədə olduğunu görməmək mümkün deyil.

Bu gözəl imkandan istifadə edərək, Zati-aliniz qarşısında, xalqlarımız arasındakı qardaşlıq tellərinin və ikitərəfli əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, iki qardaş ölkələrimiz arasındakı doğma münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edəcək bütün səylərin davam etdiriləcəyini bir daha təsdiqləyirəm.

“İslam Həmrəyliyi İli” ilə bağlı yekun konfrans zamanı Zati-alinizlə olan görüşümü heç vaxt unutmayacağam, Azərbaycan xalqının göstərdiyi xüsusi qonaqpərvərlik, nümayiş etdirdiyi nəcabət və gözəl ev sahibliyi heç zaman yaddaşımdan silinməyəcək.

Xalqlarımız, ölkələrimiz və xüsusən də parlamentlərimiz arasındakı münasibətlərin daha da möhkəmlənməsi üçün var qüvvəmlə çalışacağam.

Ulu və Qadir Allahımızdan Zati-alinizə və Azərbaycan xalqına daha çox tərəqqi və rifah diləyir, qardaş ölkənizə təhlükəsizlik, sabitlik və sülh arzulayıram".

XXX

Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqdan:

"Zati-aliləri, Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm və bu ali dövləti vəzifədə mühüm fəaliyyətin həyata keçirilməsinin davam etdirilməsində Sizə uğurlar arzulayıram.

Azərbaycan Parlamenti ilə Parlamentlərarası İttifaq arasında genişlənən əməkdaşlığın dəstəklənməsinə xidmət etmiş Azərbaycana ötən il çox səmərəli səfərim zamanı Sizinlə görüşməkdən hədsiz məmnun oldum. Çox şadam ki, bu əlaqələrin möhkəmlənməsi ilə bağlı istək artmaqda davam edəcəkdir.

Zati-aliləri, bir daha səmimi təbriklərimi və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Voraçitdən:

"Zati aliləri, Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Laos xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram və Zati-alinizə, möhkəm cansağlığı, xoş günlər və ölkənizi tərəqqiyə aparan yolda uğurlarınızın davamlı olmasını arzulayıram.

İnanıram ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan arasında mövcud olan ikitərəfli münasibətlərimiz və əməkdaşlığımız ölkələrimizin mənafeyi naminə, eləcə də davamlı inkişafın təmin olunması məqsədilə sülhə və beynəlxalq əməkdaşlığa nail olmaq üçün bundan sonra da genişlənəcək və möhkəmlənəcək.

Zati-aliləri, Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XXX

Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Dimitar Bratanovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Zati-aliləri, hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimlə yanaşı, Zati-alinizə möhkəm cansağlığı və uğurlar, qardaş xalqınıza isə rifah və tərəqqi arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bolqarıstan-Azərbaycan Ticarət və Sənaye Palatasının üzvləri adından Sizi əmin edirəm ki, ikitərəfli əməkdaşlığımızı möhkəmləndirmək və ölkələrimiz arasında işgüzar münasibətlərin inkişafı üçün əlverişli şərait yaratmaq istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik".

XXX

“Rus mis şirkəti” Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Oleq Siyenkodan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. İcazə verin, Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və ali dövləti vəzifənizin icrasına başlamağınız münasibətilə təbrik edim.

Prezident seçkilərində inamlı qələbəniz Sizin yürütdüyünüz siyasəti Azərbaycan xalqının dəstəklədiyini təsdiq edir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzulayıram".

XXX

Türkiyə Respublikasının Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanəddin Kocamazdan:

"Hörmətli cənab Prezident İlham Əliyev. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Bundan sonrakı dövrdə də ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyi inamı ilə dərin ehtiramımı çatdırıram".

XXX

Azərbaycan–Niderland “Odlar yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırovadan:

"Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə prezidentliyinizin yeni dönəmində uğurlar arzulayıram.

Sizin yürütdüyünüz siyasət sayəsində Azərbaycan dövləti yeni inkişaf səviyyəsinə yüksəlib. İnanıram ki, tez bir zamanda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə də nail olacaqsınız. Xaricdə yaşayan bir azərbaycanlı kimi mən və rəhbərlik etdiyim Azərbaycan–Niderland “Odlar yurdu” cəmiyyətinin üzvləri Sizi dəstəkləyir və inanırıq ki, Azərbaycanın sosial, iqtisadi, maliyyə, hərbi, müdafiə və digər sahələrdə inkişafı naminə fəaliyyətinizi uğurla davam etdirəcəksiniz.

Möhtərəm cənab Prezident, Sizə yeni-yeni müvəffəqiyyətlər arzulayıram".

XXX

Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Ümumxalq etimadını qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Moldova Azərbaycanlıları Konqresi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizin bu parlaq qələbəniz ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təntənəsi, doğma Azərbaycanımızın yekdilliyinin təcəssümü olmaqla, eyni zamanda, beynəlxalq səviyyədə siyasi nüfuzunuzun sübutudur.

Əminik ki, ümummilli dəyərlərimizə xidmət edən fəaliyyətinizlə doğma Vətənimizin ərazi bütövlüyünün tam bərpasına nail olacaq, yeni-yeni uğurlarınızla bizi daha da sevindirəcəksiniz.

Cənab Prezident, Moldovada yaşayan azərbaycanlılar adından Sizi bir daha ürəkdən təbrik edirəm".

XXX

Serbiya Kral Akademiyası Şurasının üzvləri adından Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Bu yaxınlarda keçirilən prezident seçkilərində parlaq qələbəniz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin. Seçkilərin nəticələri göstərdi ki, Azərbaycan xalqı ölkənin hansı yolla gedəcəyinə və bu yolda ona kimin rəhbərlik edəcəyinə əmindir.

Əminik ki, Sizin ölkəniz bundan sonra da uğurla inkişaf edəcək, vətəndaşlarınız sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar.

Bizim Akademiya hər zaman Sizinlə olacaq, ölkələrimiz arasında əməkdaşlığın vətəndaşlarımızın rifahı naminə gündən-günə möhkəmlənməsinə səy göstərəcək.

Möhtərəm cənab Prezident, Tanrı Sizi qorusun, Sizə möhkəm cansağlığı, səadət və firavanlıq nəsib etsin".

XXX

Gürcüstanın Qardabani Bələdiyyəsinin “Dostluq Mərkəzi”nin direktoru Etibar Nəbiyevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:

"Azərbaycan Respublikasının Prezidenti seçkilərində parlaq qələbəniz münasibətilə Sizi Gürcüstanın Qardabani Bələdiyyəsinin “Dostluq Mərkəzi”nin kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar arzulayıram".

XXX

Türkiyənin “TEKFEN İnşaat” şirkətinin prezidenti Levent Kafkaslıdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizə “TEKFEN İnşaat” şirkəti adından və şəxsən öz adımdan ən xoş arzularımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Bu qələbə Azərbaycan xalqının Zati-alinizə bəslədiyi sonsuz etimadın göstəricisidir. Azərbaycan xalqı bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətinizə səs verərək azad və demokratik Azərbaycan Respublikasının xoşbəxt və firavan gələcəyini təmin etdi.

Sizin siyasətiniz nəticəsində uğurla inkişaf edən, ildən-ilə müasirləşən, beynəlxalq nüfuzunu gündən-günə artıran, xarici sərmayələr üçün açıq olan Azərbaycan Respublikasında nümunəvi sabitlik şəraitində 23 ildən artıq bir müddətdə irimiqyaslı layihələr həyata keçirməkdən qürur duyan bir şirkət kimi gələcəkdə də dost və qardaş Azərbaycanın inkişafına xidmət etməyə hazır olduğumuzu bildiririk.

Möhtərəm cənab Prezident, Sizi yenidən ali dövləti vəzifəyə seçilməyiniz münasibətilə bir daha təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqının əmin-amanlığı, tərəqqisi, rifahı naminə qarşıya qoyduğunuz məqsədlərə nail olmaq yolunda böyük uğurlar və əzmkarlıq arzulayıram".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ