Bu gün səhər saatlarına olan məlumata görə, Sarkisyanın baş nazirliyinə etiraz edən 37 nümayişçi gözaltına alınıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Faktinfo” ermənistanın hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb. Xəbərə görə, aprelin 20-si səhər saatlarından insanlar qruplar şəklində birləşərək, aksiya rəhbərlərinin çağırışına əsasən şəhərin mərkəzi küçələrini bağlayır.
Polis aksiya iştirakçılarına müraciət edərək, “Sərbəst toplaşma azadlığı” ilə bağlı qanunun tələblərinə riayət etməyə, binaların giriş və çıxışlarında maneələr yaratmamağa, mərkəzi küçələrdə insanların və nəqliyyatın hərəkətinə mane olmamağa çağırıb.