İrəvanda müxalifətin etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan deyib ki, hadisələrin sonrakı gedişi aprelin 24-də xalqın göstərəcəyi iradədən asılı olacaq.
Baki-xeber.com-un xəbərinə görə, baş müxalifətçi deyib ki, əslində həmin günə heç bir plan hazırlamırlar və nə baş verəcəksə, spontan olaraq alınacaq. İrəvanın Davitaşen rayonunda brifinqdə çıxış edən Paşinyan deyib ki, həmin tarixdə “genosid abidəsini” ziyarət edən Serj Sarkisyan xalqla üz-üzə gəlməli olacaq. “Mənim fikrimcə, xalq ondan hesab sormaq istəyəcək. Çünki hazırkı hökumət həm genosid, həm də Qarabağ müharibəsində və aprel döyüşlərində ölənlərin ruhuna təhqirdir. İnsanlar mənə deyir ki, hakimiyyət dəyişikliyini həmin tarixə salmaq lazımdır. Xalq necə istəyirsə, o cür də olacaq”- o deyib.