Birliyin İdarə heyəti adından Şəmsəddin Əliyevin imzaladığı təbrikdə deyilir:
“Çox hörmətli və əziz Prezident!
Azərbaycan Respublikasının Prezidenti postuna yenidən seçilməyiniz münasibətilə səmimi vətəndaş təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Növbədənkənar seçkidə həqiqi qələbəniz Azərbaycan xalqının bir daha Sizə olan inamın, ümidlə yanaşdığı rəhbərə hörmət və ehtiramın canlı təzahürüdür.
Azərbaycan xalqı heç bir şübhəyə qapılmadan inanır və əmindir ki, Siz gələcək 7 il ərzində də bütün gücünüzü, bacarığınızı və istedadınızı xarizmatik siyasi liderə xas tərzdə, böyük məsuliyyət və patriotizm hissi ilə doğma vətənimizin çiçəklənməsinə, vətəndaşların layiqli həyat səviyyəsinin yüksəldilməsinə, xalqın vahidliyinin, milli barışığ və vətəndaş həmrəyliyinin qorunub saxlanılmasına sərf edəcəksiniz, ərazi bütövlüyümüzün bərpasına yönələn diplomatik missiyanız, inşəallah, bəhrəsini verəcək.
Möhtərəm və əziz Prezident!
Bu gün Azərbaycan cəmiyyəti bütün sahələrdə - siyasi, iqtisadi, mədəni, təhsil, idman və digər istiqamətlərdə geniş inkişaf mərhələsindədir. Azərbaycan beynəlxalq hüququn subyekti kimi regionda və dünyada güclü dövlətlər sırasındadır.Ölkədəki daxili sabitlik xarici investorlar üçün geniş və maneəsiz imkanlar yaradır.
Siyasi, dövlət və ictimai xadim, uzaqgörən lider kimi qeyri-adi istedad və bacarığınız nəticəsində qarşıda duran mühüm məsələlərin həlli xalqımıza böyük uğurlar bəxş edəcək.
Sizə yüksək məsuliyyət tələb edən şərəfli və gərgin fəaliyyətinizdə müvəffəqiyyətlər, vətənimizin qüdrətlənməsində görk olacaq nailiyyətlər arzulayıram”.
Xəbər xidməti