Çox hörmətli cənab Prezident!
Seçkilərdə qazandığınız inamlı qələbə münasibəti ilə Sizi “Bakı-Xəbər” qəzetinin bütün kollektivi və oxucuları adından təbrik edirəm.
Xalq-Prezident birliyinin möhkəm və qırılmaz tellərlə bağlılığını nümayiş etdirən bu seçkilərin bütün mərhələlərinə aid informasiyaları yaymaqda yaxından iştirak etməyimizdən jurnalist kollektivi olaraq qürur duyuruq.
Seçkilərin mütləq qalibi və ölkəmizdə azad və ədalətli seçki şəraitinin əsas təminatçısı olaraq dövlətimizin dünya miqyasındakı yerini daha da möhkəmləndirdiniz.
Bu seçkidə tək Siz deyil, Sizi seçməklə həm də Azərbaycan xalqı qalib gəldi. Azad iradə ilə xalqımızın etdiyi seçim təcrübəli və enerjili dövlət xadimi kimi üstün şəxsi-mənəvi keyfiyyətlərinizlə, diplomatik, siyasi və idarəçilik bacarıqlarınızla, aydın düşüncələrinizlə və real nəticələri olan yaradıcı praktik fəaliyyətinizlə birbaşa bağlıdır.
İnanırıq ki, xalqımızın ağıllı və müdrik lider kimi Sizə olan inamı, ümid və etimadı daha da möhkəmlənəcək. Ona da inanırıq ki, xalqımızın Sizdən növbəti mərhələlər üçün nələr gözlədiyini və bu gözləntilərin reallaşması üçün nələr etməyin zəruri olduğunu Sizdən yaxşı bilən yoxdur. Şübhə etmirik ki, növbəti 7 illik dövr də Sizinlə Xalqın vəhdətinin möcüzə yaradıcı gücünü bir daha göstərmək üçün əla fürsət olacaq.
Sizi bir daha təbrik edir, istəyənləri məmnun, istəməyənləri məyus edən dövlət idarəçiliyi fəaliyyətinizdə hər an üçün uğurlu nəticələr, möhkəm can sağlığı arzulayırıq.
Hörmətlə: “Bakı-Xəbər” qəzetinin kollektivi adından baş redaktor Aydın Quliyev