çərşənbə günü, 06 may 2026
     

Prezident həlak olmuş və itkin düşmüş hərbçi ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün daha bir fərman imzaladı

Image


Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalayıb.

Baki-xeber.com-un prezident.az saytına istinadən xəbərinə görə, fərmanda deyilir: "Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanması üçün ölkənin hərbi qüdrətinin artırılması, hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, silahlı qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi və mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi dövlətin ən ümdə vəzifələridir.

Son illərdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaratmışdır.

Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır.

Sənədə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir.

Birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Mülki Məcəlləyə uyğun olaraq müəyyən edilən vərəsələrinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

O cümlədən birdəfəlik ödəmə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş sənədlər - hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı, birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd, birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış əsasında verilir.

Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etməli və üç ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəmənin verilməsinə dair müraciəti bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə qəbul edib, onu müraciətlərin vahid elektron reyestrinə daxil etməli və müraciətin daxilolma tarixini və reyestr nömrəsini əks etdirən qəbzi müraciət etmiş şəxsə təqdim etməlidir. Həmçinin hərbi qulluqçunun adının bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıda olub-olmamasını müəyyən edib, bu Fərmanın digər tələbləri nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul etməlidir. Bununla yanaşı, ƏƏSMN birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilmiş şəxslər barədə məlumatları vəsaitin ayrılması məsələsinin həll edilməsi üçün, mütəmadi olaraq, Maliyyə Nazirliyinin müəyyən etdiyi formaya əsasən həmin Nazirliyə təqdim etməli, müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmələrin nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürülməsini təmin etməli və bu barədə həmin şəxslərə məlumat verməli, birdəfəlik ödəmə üçün müraciət etmiş və ödəniş almış şəxslər, həmçinin ödənilmiş məbləğ barədə rüblük məlumatı Maliyyə Nazirliyinə təqdim etməli, hərbi qulluqçunun adını, soyadını və atasının adını daxil etməklə, bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siya hıda olub-olmamasını müəyyən edib, bu Fərmanın digər tələbləri nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul etməlidir. Bununla yanaşı, ƏƏSMN birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilmiş şəxslər barədə məlumatları vəsaitin ayrılması məsələsinin həll edilməsi üçün, mütəmadi olaraq, Maliyyə Nazirliyinin müəyyən etdiyi formaya əsasən həmin Nazirliyə təqdim etməli, müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmələrin nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürülməsini təmin etməli və bu barədə həmin şəxslərə məlumat verməli, birdəfəlik ödəmə üçün müraciət etmiş və ödəniş almış şəxslər, həmçinin ödənilmiş məbləğ barədə rüblük məlumatı Maliyyə Nazirliyinə təqdim etməli, hərbi qulluqçunun adını, soyadını və atasının adını daxil etməklə, bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıda olub-olmamasını yoxlamağa imkan verən internet informasiya resursunun fəaliyyətini təmin etməlidir.

Maliyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş məlumatlar əsasında müraciətlərin daxilolma ardıcıllığı nəzərə alınmaqla, birdəfəlik ödəmələrin verilməsi ilə əlaqədar maliyyələşmənin həyata keçirilməsi üçün tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulmasını və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmasını təmin etməli, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş tarixədək baş vermiş sığorta hadisələrinə görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta ödənişlərinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası məqsədi ilə maliyyələşməni təmin etməli, bu Fərmanda verilmiş tapşırıqların icrası ilə əlaqədar Prezidentə illik hesabat təqdim etməlidir.

Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş hərbi qulluqçuların siyahısını müəyyən etmək məqsədi ilə müvafiq məlumatları iki ay müddətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməlidir.

Ədliyyə Nazirliyi 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan olunması ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçular haqqında bir ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməlidir.

Dövlət Sığorta Kommersiya Şirkəti 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar sığorta ödənişi verilmiş hərbi qulluqçular barədə bir ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməlidir.

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Britaniya Kralı Trampla zarafat etmədi ki... Onu tarixi faktla sərrast vurdu... Hələ 6 il əvvəl İlham Əliyev isə... - Aydın QULİYEV yazır...

Tarixdə ilk İrəvan-Avropa sammitinin gizli hədəfləri...

Ermənistanla sərhəd xəritələrinin çəkilməsi xüsusi mərhələyə girdi...

SON XƏBƏRLƏR

06.05.2026 / 08:39
Meloni “deepfake”i “təhlükəli silah” adlandırdı - zarafatından da qalmadı

06.05.2026 / 08:29
Pentaqonun delfin-kamikadzeləri? - Hegseth inkar etmədi…

06.05.2026 / 08:09
Moskva Qələbəni “İD məğlubiyyəti” ilə keçirəcək - İnternetsiz…

06.05.2026 / 07:56
ABŞ müharibəyə “qaldığı yerdən” davam edəcək - İranla danışıqlar uğursuz olarsa…

06.05.2026 / 07:41
İran BƏƏ-yə hücum iddialarını rədd edir - "dağıdıcı və təəssüf doğuran cavab" gündəmdə…

05.05.2026 / 21:37
Arxiyepiskop tərəfdarları səsini Makrona çatdıra bilmədi - Gümrüdə…

05.05.2026 / 21:24
İrəvanın mərkəzində atışma - Ölən var…

05.05.2026 / 21:23
Zəngəzur dəhlizi Avropa sammitində “mərkəzi element” statusu ilə təqdim edildi...

05.05.2026 / 21:08
Vətən müharibəsindən sonra Avropa Azərbaycanla bağlı iyrənc kursa başladı...

05.05.2026 / 20:44
Bakı-İrəvan sülhünə mane olanlar var - Avropa sammitində bəyan olundu...

05.05.2026 / 20:26
Avropa təsisatları Azərbaycana fərqli prinsiplərlə baxır - səbəbsiz deyil...

05.05.2026 / 20:10
Mehriban Əliyeva "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərindən kadrlar paylaşıb - VİDEO

05.05.2026 / 20:01
Prezident İlham Əliyev Avropa İttifaqının ali nümayəndəsini qəbul etdi - FOTO

05.05.2026 / 19:49
İstanbulda itkin düşən azərbaycanlı qadının meyiti Bosfor boğazında tapıldı...

05.05.2026 / 19:11
İranın yenidən BƏƏ-ni vurdu – HHM sistemləri işə düşdü...

05.05.2026 / 18:38
“Biz səhnəyə çıxmırıq, biz baxışları dəyişirik” — Elnar Musayevlə fərqli müsahibə

05.05.2026 / 18:12
Hörmüz böhranı Avropanı hərəkətə gətirdi – iki qitəni birləşdirəcək sualtı tunelin tikintisinə başlanır

05.05.2026 / 17:58
Trampdan İrana təhdid kimi mesaj - müharibə daha 3 həftə davam edə bilər...

05.05.2026 / 17:43
Lerikdə əməliyyat - 3 nəfər saxlandı, 14 kq narkotik, minlərlə həb ələ keçirildi - VİDEO

05.05.2026 / 17:33
Kəşfiyyatdan ilginc xəbər, Kreml şokda - Şoyqu Putini devirəcək...

05.05.2026 / 17:21
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilən Nurəli Yusifbəyli kimdir? - DOSYE

05.05.2026 / 17:15
Binədə 121 nömrəli orta məktəbdə kütləvi zəhərlənmə - 7 şagird xəstəxanaya yerləşdirildi...

05.05.2026 / 16:48
Nizamidə market, ev və avtomobilləri soyan 3 nəfər yaxalandı - VİDEO

05.05.2026 / 16:40
Həlak olan minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət hesabına ödəniləcək

05.05.2026 / 16:33
Sumqayıt Dövlət Universitetinə rektor təyin edildi

05.05.2026 / 16:25
Putin, Tramp və Avropa Qafqaz uğrunda bir-birini qırır...

05.05.2026 / 16:06
Makron:"Rusiya Ermənistanı tərk edib"

05.05.2026 / 15:49
Avropa Parlamenti yenə Gürcüstan hakimiyyətini hədəf aldı - vizasız rejim ləğv edilə bilər...

05.05.2026 / 15:42
Avropa Paşinyanı ABŞ-dan çox dəstəkləyir - Tramp niyə ləng tərpənir?..

05.05.2026 / 15:37
Kobaxidze: "2031-ci ildə Tbilisidə tamamilə yeni beynəlxalq hava limanı olacaq"

05.05.2026 / 15:32
Hörmüz boğazında elektron “qarışıqlıq”: gəmilərin siqnalları kəsilir

05.05.2026 / 15:30
Prezident və Birinci xanım 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

05.05.2026 / 15:18
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan olundu

05.05.2026 / 15:09
BƏƏ OPEC-də neft kvotasını iflas etdirdi - hamı hasilatı artırır...

05.05.2026 / 15:08
Aqrar Sığorta - Güvənli Gələcək! "Liberal İqtisadçılar Mərkəzi" yeni layihəyə start verdi

05.05.2026 / 15:04
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

05.05.2026 / 14:58
Şəriətmədari: “Avropa bazaları İranın qanuni hədəfinə çevrilə bilər”

05.05.2026 / 14:46
İran səfirliyi: "Hörmüz boğazında təhlükəsizlik tədbirləri zəruridir"

05.05.2026 / 14:37
Metsola İlham Əliyevə çox uğursuz cavab verdi...

05.05.2026 / 14:30
Ceyhun Bayramov Kallasla görüşdü

05.05.2026 / 14:23
Tramp FED sədri Paueli "zibil qutusuna atdı" - FOTO

05.05.2026 / 14:09
Rus mediası Ermənistanda Avropa sammitlərini çox aqressiv qarşıladı...

05.05.2026 / 13:57
Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul etdi - FOTO

05.05.2026 / 13:45
BƏƏ OPEC və OPEC+-dan sonra daha bir neft təşkilatını tərk etdi…

05.05.2026 / 13:37
Meloninin İrəvandan sonra Bakıya gəlişi təsadüf deyil...

05.05.2026 / 13:32
“Prezidentin siyasi iradəsi Avropa platformasında” - Əhliman ƏMİRASLANOV yazır...

05.05.2026 / 13:32
Gömrükdə broker islahatları başlayır - Məcəllə dəyişdı...

05.05.2026 / 13:25
Avropanın böyük dövlətləri sırasında Azərbaycanın ilk strateji tərəfdaşı bu ölkədir...

05.05.2026 / 13:21
Paşinyan çaldı, Makron oxudu - VİDEO

05.05.2026 / 13:02
İtaliya texnologiyalarını Azərbaycanın maliyyə bazarı ilə birləşdirmək - hədəf...

05.05.2026 / 12:55
Goradildə 2 yaşlı uşaq küçəyə atıldı...

05.05.2026 / 12:52
Medvedev Paşinyanı və Zelenskini "iki beyinsiz rusofob" adlandırdı...

05.05.2026 / 12:40
Hörmüzün fəsadı - gübrənin ardınca taxıl da bahalaşdı, aclıq gəlir...

05.05.2026 / 12:33
Avroparlament və AŞPA-nın Azərbaycana qərəzi öz başında çatladı...

05.05.2026 / 12:28
Ermənistan-Aİ sammitinin bəyannaməsində Ermənistan və Azərbaycan arasında sülh səyləri dəstəkləndi

05.05.2026 / 12:05
WUF13-ün açılış günü nəqliyyatın hərəkətində müvəqqəti dəyişikliklər edilə bilər

05.05.2026 / 11:50
WUF13-lə bağlı xüsusi minmə-enmə zonası və parklanma sahəsi təşkil olunur...

05.05.2026 / 11:44
“Ədalətli yeni dünya nizamının formalaşdırılması ölkəmizin bütün platformalardan səsləndirdiyi əsas çağırışdır” - Vüqar Rəhimzadə

05.05.2026 / 11:38
"İtaliya Azərbaycanla uzunmüddətli strateji tərəfdaşlığın möhkəmləndirilməsini hədəfləyir" - Meloni

05.05.2026 / 11:21
WUF 13 zolaqlarına daxil olanlar barədə tədbirlər görüləcək - DİN-dən xəbərdarlıq...

05.05.2026 / 11:05
Tramp İrana sərt xəbərdarlıq etdi - yer üzündən silərik...

05.05.2026 / 10:50
İran mediası ABŞ freqatının vurulduğu anın görüntülərini yaydı - VİDEO

05.05.2026 / 10:28
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edildi

05.05.2026 / 09:46
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaqmı?

05.05.2026 / 09:05
Dünya mətbuatı Azərbaycan Prezidentinin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışından yazdı...

05.05.2026 / 08:53
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İtaliya Nazirlər Şurasının sədri ilə görüşünün görüntüləri paylaşılıb - VİDEO

05.05.2026 / 01:54
Tramp çıxış edərkən atəş açıldı! - TƏCİLİ

04.05.2026 / 23:41
Putin Ukraynada atəşkəs elan etdi, Müdafiə Nazirliyindən isə təhdid gəldi - Kiyevi tərk edin...

04.05.2026 / 23:14
Bəhreyn yüksək müdafiə vəziyyəti elan etdi

04.05.2026 / 22:56
Medvedev Paşinyan və Zelenskini "iki beyinsiz rusofob" adlandırdı

04.05.2026 / 22:25
Özəl banklar milyardlar qazanır, zərbə dövlətə dəyir - nə vaxtadək?...

04.05.2026 / 21:42
Prezident İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədrinin şərəfinə işçi şam yeməyi verilib - FOTO

04.05.2026 / 21:28
ABŞ-ın “Beynəlxalq Hörmüz koalisiyası” cəhdi də iflas edə bilər...

04.05.2026 / 20:23
"Əminəm ki, İtaliya ilə Azərbaycan arasındakı dostluq əlaqələri bundan sonra daha da inkişaf edəcək" - Meloni

04.05.2026 / 20:17
Azərbaycan qazı ilə bağlı Putin və səfir bir-birlərini təkzib etdilər...

04.05.2026 / 20:08
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin icrasında İtaliya qabaqcıl yerlərdədir"

04.05.2026 / 20:06
"Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır" - Prezident

04.05.2026 / 19:55
Prezident İlham Əliyev: "İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır"

04.05.2026 / 19:53
"Azərbaycan və İtaliya strateji tərəfdaşlardır" - Prezident

04.05.2026 / 19:51
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

04.05.2026 / 19:42
Ermənistan rəsmən bəyan etdi - “Rusiya ölkədə siyasi əməliyyat keçirir”...

Beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş mövqeyi güclənir...

XƏBƏR ARXİVİ