Bazar günü günü, 18 oktyabr 2026
     

İlham Əliyev dünya müsəlman gənclərinə qəti söz verdi - YENİLƏNDİ

Image


Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər və İdman Nazirləri Konfransının dördüncü sessiyasında iştirak edən gənclər və idman nazirləri ilə görüşüb. APA-nın məlumatına görə, dövlət görüşdə çıxış edib.

O bildirib ki, Azərbaycan hər zaman qardaş müsəlman ölkələrinin dəstəyini hiss edir və öz növbəsində, bütün beynəlxalq təşkilatlarda qardaşlarını dəstəkləyir: “Mən şadam ki, Azərbaycan belə mühüm beynəlxalq tədbirə ev sahibliyi edir. Əminəm ki, bu görüş ölkələrimiz arasında həmrəyliyi, tərəfdaşlığı gücləndirəcək və əməkdaşlığımızın inkişafında çox müsbət dinamika yaradacaq. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının çox fəal üzvüdür. Son illərdə biz nazirlər səviyyəsində çox sayda tədbirlər təşkil etmişik. Mən şadam ki, bu gün gənclər və idman nazirləri bizim qonaqlarımız sırasındadır. Azərbaycan hər zaman qardaş müsəlman ölkələrinin dəstəyini hiss edir və öz növbəsində, bütün beynəlxalq təşkilatlarda qardaşlarını dəstəkləyir. Biz BMT-də, sözsüz ki, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi başqa müxtəlif regional təşkilatlarda fəal əməkdaşlıq edirik. Azərbaycan qardaş ölkələrlə həmrəyliyin və tərəfdaşlığın gücləndirilməsi siyasətini davam etdirəcək. Biz hər zaman bir-birimizi dəstəkləməli, bir-birimizin yanında olmalıyıq”.

Dövlət başçısı qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatı Ermənistanla Azərbaycan arasında torpaqlarımızın 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı ilə nəticələnmiş münaqişənin həlli ilə bağlı bir neçə qətnamə qəbul edib: “Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkünə çevrilib. Biz etnik təmizləməyə məruz qalmışıq. Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Hazırda bu soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınır. Biz münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının üzvləri olan qardaşlarımızın Azərbaycana göstərdikləri davamlı dəstəyə görə çox minnətdarıq. Ermənistan rəhbərliyi işğal olunmuş torpaqlarda hər şeyi dağıdıb. ATƏT iki dəfə işğal olunmuş ərazilərə faktaraşdırıcı missiyalar göndərib. Onların hesabatı bizim tarixi və dini abidələrimizə qarşı vandalizm aktı törədildiyini göstərir. Məscidlərimiz Ermənistan tərəfindən dağıdılıb. Məzarlarımız, tarixi abidələrimizin hamısı dağıdılıb. Hər şey dağılıb. Xalqımız, həmçinin mədəni soyqırımına məruz qalıb. Lakin hər zaman dediyim kimi, onlar bizim yaddaşımızı, inamımızı məhv edə bilməzlər. İşğal olunmuş torpaqların bir hissəsi iki il bundan əvvəl azad ediləndən sonra Azərbaycan həmin ərazini yenidən qurmağı qərara aldı və hazırda orada insanlar yaşayır. Biz orada 150 evdən ibarət qəsəbə tikdik, məktəb, tibb mərkəzi və məscid inşa etdik. Bu məscid ermənilərin qədim Şuşa şəhərində dağıtdığı məscidin eynisidir. Bunu etməklə biz bir daha barbarlara göstəririk ki, onlar bizim taleyimizi məhv edə bilməzlər. Biz işğal olunmuş bütün ərazilərə qayıdacağıq və oraları yenidən quracağıq. Biz o ərazilərə həyatı qaytaracağıq”.

İ. Əliyev bildirib ki, Azərbaycan müsəlman ölkələrinin həmrəyliyinə böyük töhfələr verir: “Mən Azərbaycana hər zaman göstərdikləri davamlı dəstəyə və həmrəyliyə görə müsəlman dünyasındakı bütün qardaşlarımıza çox minnətdaram. Bu, bizi daha da gücləndirir. Biz müsəlman ölkələrinin həmrəyliyinə böyük töhfələr veririk. Ötən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Biz Azərbaycanda və xaricdə çox sayda tədbirlər təşkil edərək müsəlman ölkələrinin birliyini nümayiş etdirdik. Biz dinimizin əsl simasını, mədəniyyətimizi, tarixi irsimizi, potensialımızı və bəşəriyyətin inkişafına verdiyimiz töhfəni nümayiş etdiririk. Yəqin ki, bilirsiniz, ötən il biz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdik. Bu da bizim birliyimizi nümayiş etdirdi. Bu, təkcə idman tədbiri deyildi. Bu, bizim birliyimizin, həmrəyliyimizin və imkanlarımızın nümayişi idi. Ona görə də, biz bütün müsəlman ölkələri arasında həmrəyliyə öz töhfəmizi verməyə çalışırıq. Həmçinin sizə məlumat vermək istərdim ki, bu il bizim qədim şəhərimiz olan Naxçıvan ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı elan olunub və biz bunu geniş şəkildə qeyd edirik. Bir neçə il bundan əvvəl paytaxtımız Bakı da İslam mədəniyyətinin paytaxtı idi. Bu, bizim gördüyümüz işlərin müsəlman dünyasına nümayişi, birlik və həmrəyliyin nümayişidir. Azərbaycan ərazisində çox sayda tarixi, dini abidələr var. Biz bu abidələri qoruyub saxlamışıq və onlar bizim, tarixi irsimizin bir parçasıdır. Onların arasında qeyd etmək istərdim ki, dünyanın ən qədim məscidlərindən biri, qədim Şamaxı şəhərində 743-cü ildə inşa edilmiş məscid Azərbaycanda yerləşir. Bir neçə il bundan əvvəl o, əsaslı şəkildə yenidən qurulub. Beləliklə, biz tariximizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlayırıq və bir-birimizi dəstəkləmək üçün çox işlər görürük. Bizim müsəlman ölkələri ilə çox yaxşı əlaqələrimiz var. İkitərəfli əlaqələr çox yaxşıdır. Biz siyasi cəhətdən bir-birimizi dəstəkləyirik”.

O qeyd edib ki, Azərbaycan həmçinin yaxşı iqtisadi perspektivlər yaradan və potensialımızı gücləndirən bəzi layihələrə başlayır: “Biz təkcə mühüm əhəmiyyət kəsb edən həmrəylik nümayiş etdirməklə deyil, eyni zamanda, iqtisadi cəhətdən bir-birimizi dəstəkləməliyik. Bu gün Azərbaycan donor ölkə olaraq çox sayda müsəlman ölkəsində humanitar yardım, təhsil, səhiyyə ilə bağlı çoxsaylı sosial, humanitar tədbirlər həyata keçirir. Biz məktəblər tikirik, qaçqınlara yardım edirik. Bizim həmrəyliyimizin sonuncu nümayişi Rohinca qaçqınlarına göstərdiyimiz humanitar yardımdır. Biz doğru düşündüyümüzü reallaşdırırıq və bu, bütün müsəlman ölkələri arasında birlik və həmrəyliyi gücləndirir, çünki gücümüz birlikdədir. Sözsüz ki, gənclər siyasətinə məsul nazirlər və digər rəsmi şəxslər olaraq siz ölkələrimizin sosial həyatının çox əhəmiyyətli bir hissəsini əhatə edirsiniz. Siz gənc nəslə bir-birini daha yaxşı tanımağa kömək edirsiniz. Çünki gənc nəsil birlikdə olmalıdır. Biz, müsəlman ölkələrinin liderləri olaraq etdiyimiz və etməli olduğumuz kimi, onlar da bir-birini dəstəkləməlidirlər. Bu səbəbdən də düşünürəm ki, Bakıdakı bu görüş gənclərimiz üçün əhəmiyyət kəsb edir. Bu, ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirdir. Bizdə çox sayda beynəlxalq tədbirlər keçirilir, lakin bu, xüsusi əhəmiyyət kəsb edir. Mən bizimlə birlikdə olduğunuza görə sizə təşəkkürümü bildirmək istərdim. Bilirəm ki, konfransınız uğurla başlayıb və onun işini uğurla başa çatdırmağınızı arzulayıram. Ümid edirəm ki, Azərbaycan haqqında daha çox məlumat əldə etməyə, bəzi tarixi məkanları görməyə vaxtınız olacaq. Əminəm ki, azərbaycanlı ev sahibləri sizin öz vətəninizə yaxşı xatirələrlə qayıtmağınız üçün əllərindən gələni edəcəklər. Bir daha xoş gəlmisiniz. Bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirəm”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ