Polislə qarşıdurma nəticəsində 46 nəfər xəsarət alaraq səhiyyə ocaqlarına müraciət edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ermənistan Səhiyyə nazirliyinin ötən gün axşama olan məlumatında deyilir. Bildirilir ki, onlardan 6-sı polisdir. Xəbərə görə, səhiyyə ocaqlarına müraciət edənlərin çoxu ayaqlarından xəsarət alıb. Polislərin aldığı xəsarətlər isə küt və kəsici alətlərlə törədilib, onlardan biri əməliyyat olunub.
Nazirlik xatırladır ki, İrəvanın səhiyyə ocaqları gücləndirilmiş rejimdə işləyir.
Xatırladaq ki, sabiq prezident Serj Sarkisyanın Baş nazir seçilməsinə qarşı çıxan “Vətəndaş sazişi” partiyasının lideri Nikol Paşinyanın çağırışı ilə İrəvanda bazar ertəsi səhər saatlarından vətəndaş itaətsizliyi hərəkatı başlayıb. Aksiyaçılar bütün küçə və prostektləri bağlayaraq irəvanın mərkəzində hərəkəti iflic edib. Polislə qarşıdurmada Paşinyan da xəsarət alaraq xəstəxanaya qaldırılıb, lakin xəsarəti ağır olmadığından, ilkin tibbi yardım alaraq yenidən meydana qayıdıb.
Hazırda etiraz aksiyası paytaxtın Fransa meydanında davam edir.