ABŞ, İngiltərə və Fransanın birgə əməliyyata başladığı Suriyada raket zərbələrindən dinc sakinlər zədə alıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Reuters” yerli SANA agentliyinə istinadən xəbər yayıb. Xəbərdə deyilir ki, Homsdakı hərbi bazaya atılan raketlər raketdən müdafiə sistemləri vasitəsilə tutularaq istiqaməti dəyişdirilib. Nəticədə 3 nəfər dinc sakin xəsarət alıb.
Bu arada RİA”Novosti” Suriyanın təhlükəsizlik orqanlarına istinadən 6 nəfərin xəsarət aldığı barədə xəbər verib.
Xəbərdə o da deyilir ki, Moskva 3 ölkənin raket zərbələri ilə bağlı Dəməşqi daha öncədən xəbərdar edib.
Xatırladaq ki, aprelin 13-də axşam saatlarında ABŞ prezidenti Donald Tramp Suriya rejiminin kimyasal hücumuna qarşılıq olaraq vurulması barədə əmr verib. Əməliyyata İngiltərə və Fransa da qoşulub.