Bazar günü günü, 18 oktyabr 2026
     

Prezident İlham Əliyevin qələbəsi dünya mediasında...

Image


Nüfuzlu “The Economist” nəşri Azərbaycanda keçirilmiş prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsinə məqalə həsr edib. Trend-in məlumatına görə, məqalədə bildirilir ki, Azərbaycan vətəndaşları həyat səviyyəsinin yüksəlməsinə və dünyanın bu qeyri-stabil bölgəsində siyasi sabitliyə görə Prezident İlham Əliyevə minnətdardır. Qeyd olunur ki, ölkə vətəndaşları Prezident İlham Əliyevin Azərbaycana məxsus Dağlıq Qarabağ ərazisini işğal etmiş Ermənistana qarşı sərt mövqeyini bəyənir.

“The Economist”, həmçinin Prezident İlham Əliyevin bir sıra iqtisadi nailiyyətlərini qeyd edib. Məqalədə vurğulanır ki, 2000-ci illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla ildə 13 faiz artıb ki, bu da ölkəni dünyada ən sürətli inkişaf edən ölkəyə çevirib. Azərbaycanda yoxsulluq səviyyəsi isə 2000-ci ildə qeydə alınan 50 faizdən 5 faizədək düşüb.

Bildirilir ki, bununla belə, dayanıqlı iqtisadi modeli təkcə karbohidrogenlər üzərində qurmaq olmaz, ona görə də Prezident İlham Əliyev Azərbaycanı Yeni İpək Yolunda tranzit nəqliyyat qovşağına çevirmək istəyir. Ötən ilin oktyabrında Bakı-Tbilisi-Qars yeni dəmir yolunun açılması o deməkdir ki, Çindən Avropaya ən qısa yol indi Azərbaycandan keçir.

Bu kontekstdə “The Economist” vurğulayır ki, təkcə 2016-cı ildə Çinlə Avropa İttifaqı arasında ticarət dövriyyəsi 560 milyard dollara çatıb, amma bütün ticarət əməliyyatlarının 90 faizi dəniz vasitəsilə aparılır ki, bu da yolu iki dəfə uzadır.

“The Economist”, həmçinin reallaşdırılmasında Azərbaycanın iştirak etdiyi digər beynəlxalq layihə haqqında da yazır: “Şimal-Cənub” nəqliyyat dəhlizi yaxın zamanlarda Mumbayı və Moskvanı Azərbaycandan keçən dəmir yolu vasitəsilə birləşdirəcək”.

Rusiya qəzeti: “Azərbaycan seçicisi Prezident İlham Əliyevə alternativ görmür”

"Azərbaycan seçicisi Prezident İlham Əliyevə alternativ görmür, ötən prezidentlik müddətində onun fəaliyyətini qənaətbəxş sayır və növbəti müddətdə ölkəyə onun rəhbərlik etməsini istəyir". Bu barədə Rusiyanın “Trud” ictimai-siyasi qəzetinin saytında dərc olunan məqalədə yazılır.

Məqalədə qeyd olunur ki, Azərbaycan vətəndaşları İlham Əliyevin səlahiyyətlərini təsdiq etdi və onu yeni müddətə təkrar seçdi: "Hələ səsvermədən bir ay qabaq “ELS” müstəqil araşdırmalar mərkəzinin keçirdiyi sorğu göstərdi ki, respondentlərin 84 faizdən çoxu öz səsini hazırkı dövlət başçısına verməyə hazırdır”.

Bildirilir ki, 2013-cü il prezident seçkilərindən sonra dövlətin inkişafında əsas uğurlar sırasında respondentlər xüsusilə təhlükəsiz həyat şəraiti (81 faiz), sabit siyasi vəziyyəti (79 faiz), Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səyləri (44 faiz) qeyd edib. Bununla belə, respondentlər sonuncu məsələdə əsas irəliləyişləri Prezident İlham Əliyevin adı ilə bağlayır (88 faiz), ATƏT-in Minsk qrupunun nümayəndələrinin fəaliyyətinə isə rəyi soruşulanların cəmi 7 faizi inanır: “İki il əvvəl baş vermiş və Azərbaycan ərazilərinin bir hissəsinin azad olunması və Ermənistan qoşunları ilə qarşıdurma xəttində strateji yüksəkliklər üzərində nəzarətin qaytarılması ilə nəticələnən qısa müharibə İlham Əliyevin reytinqini daha da yüksəlti”.

Rəy sorğusuna əsasən, respondentlərin 91 faizdən çoxu prezidentin həyata keçirdiyi daxili siyasəti dəstəkləyir. Məqalədə qeyd olunur ki, respublika sakinləri uğurla keçirilmiş Birinci Avropa Oyunlarını və İslam Həmrəyliyi Oyunlarını da unutmayıb. Bu tədbirlər sayəsində bütün dünya Azərbaycanı, onun xalqını və zəngin mədəniyyətini tanıdı.

Pakistanlı analitik: “Azərbaycan xalqının Prezident İlham Əliyevdən başqa alternativi yoxdur”

Azərbaycan xalqının ölkəni beynəlxalq diplomatik arenada layiqincə təmsil etmək bacarığına malik, güclü və uzaqgörən lider olan Prezident İlham Əliyevdən başqa alternativi yoxdur. Bunu isə Çinin CGTN nəşri üçün məqalədə siyasi analitik, teleaparıcı, jurnalistika sahəsində bir çox mükafatların laureatı Malik Ayub Sumbal yazıb.

Müəllif bildirir ki, müxtəli sorğulara əsasən Prezident İlham Əliyevi əhalinin böyük əksəriyyəti dəstəkləyir və ölkənin siyasi arenasında onun alternativi yoxdur: “Azərbaycanda müxalifətin bir sıra problemləri var – onlar parçalanıb, zəifdir və insanların onlara inamı itib. Müxalifətin ölkənin üzləşdiyi çağırışların, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin öhdəsindən gələ biləcək lideri yoxdur”.

O xatırladır ki, Dağlıq Qarabağ bölgəsi Ermənistan tərəfindən işğal olunub və qoşunların təmas xəttində həmin dövrdən vaxtaşırı toqquşmalar baş verir. Müəllif vurğulayır ki, zəif rəhbərlik vəziyyəti şiddətləndirə bilər: “Erməni işğalı nəticəsində Dağlıq Qarabağdan didərgin düşən, Bakıda və digər rayonlarda məskunlaşan məcburi köçkün axını böyük çağırış idi, lakin hakimiyyət bu çağırışın öhdəsindən gələ bildi”.

Bakının müasir və qədim arxitekturasının əsrarəngiz ahəngdarlığını xüsusi qeyd etməyi unutmayan analitik bir daha qeyd edir ki, hazırkı rəhbərlik ölkənin inkişafı ilə bağlı vədlərini yerinə yetirib.

M.A.Sumbal Azərbaycana münasibətdə bir sıra qərb qüvvələrinin tənqidinə də münasibət bildirərək yazır ki, özlərini “demokart” adlandıran həmin qüvvələr ikili standartlar tətbiq edirlər.

Məqalədə Prezident İlham Əliyevin korrupsiya ilə mübarizəsinə xüsusi diqqət ayrılır. Müəllif qeyd edir ki, Azərbaycanın dövlət başçısı genişmiqyaslı antikorrupsiya kampaniyasına başlayıb: “Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzləri yaratmaqla sosial xidmətlər sahəsində islahatlar apardı. Bu, dövlət xidmətlərinin əhali üçün daha əlçatan olmasına hesablanıb”.

Analitik bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər neft qiymətlərinin aşağı düşməsinin təsirini azaltmağa, həmçinin ölkəni Asiyadan, o cümlədən Yaxın Şərqdən olan əcnəbi turistlər üçün populyar etməyə imkan verdi.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ