Avropa Xarici Əlaqələr Xidməti aprelin 11-i Azərbaycanda keçirilmiş prezident seçkiləri barədə bəyanat yayıb.
Trend-in məlumatına görə, bəyanatda deyilir ki, Avropa İttifaqı prezidentin yeni səlahiyyət müddətində Azərbaycan xalqının rifahı naminə Azərbaycanla dialoqun və sıx əməkdaşlığın davam etməsini gözləyir: “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyasının da qeyd etdiyi kimi, Azərbaycan hakimiyyəti beynəlxalq müşahidəçilərə müsbət münasibət sərgiləyib və onlar sərbəst şəkildə öz fəaliyyətini həyata keçirib. Bu isə konstruktiv addımdır”.