çərşənbə günü, 19 avqust 2026
     

Dünya liderlərindən Prezident İlham Əliyevə qələbə təbrikləri yağmağa başladı…

Image


Türkiyə Prezidenti Ərdoğan…

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli Prezident, Əziz Qardaşım. Aprelin 11-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində yenidən prezident seçilməyiniz münasibətilə xalqım adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Azərbaycanın daha da demokratikləşməsində mühüm bir mərhələ təşkil etdiyinə inandığım bu seçkilərin uğurla başa çatmasından duyduğum məmnunluq hissini xüsusi vurğulamaq istəyirəm.

Əminəm ki, prezidentliyinizin yeni dönəmində də Azərbaycanın rifahına, inkişafına və beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə əhəmiyyətli töhfələrinizi davam etdirəcəksiniz.

Xalqlarımız arasında qədim tarixə və qardaşlığa söykənən Türkiyə-Azərbaycan münasibətləri Zati-alinizin rəhbərliyi və birgə səylərimizlə yüksək səviyyəyə çatıb. Zati-alinizin növbəti illərdə də bu istiqamətdə mühüm töhfələr verməyə davam edəcəyinə ürəkdən inanıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-aliləri, Dəyərli Qardaşım, Sizə bir daha ən səmimi cansağlığı və xoşbəxtlik arzularımı çatdırıram".

Vladimir Putin…

Aprelin 12-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edib. Putin Prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Vladimir Putin əminliyini ifadə edib ki, Rusiya-Azərbaycan əlaqələri bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcək.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Vladimir Putinə minnətdarlığını bildirib. Dövlətimizin başçısı öz növbəsində Azərbaycan ilə Rusiya arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə və ölkələrimizin bir-biri ilə daha sıx əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

Macarıstanın Baş naziri Viktor Orban…

Aprelin 12-də Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevə zəng edib. Orban İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.

Georgi Marqvelaşvili…

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycanın dövlət başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

“Trend”-in məlumatına görə, bu barədə Gürcüstan prezidenti öz “Twitter” səhifəsində yazıb:

“Əziz dostum, Prezident İlham Əliyev, prezident seçkilərində təkrar seçilməyiniz münasibətilə təbrik edirəm. Dost xalqlarımızın rifahı naminə fəal əməkdaşlıq gözləyirəm”.

Qırğızıstan Prezidenti…

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov İlham Əliyevə prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik teleqramı göndərib. “Trend” bu barədə Qırğızıstan dövlət başçısının saytına istinadən məlumat verir.

Təbrik məktubunda deyilir: “Azərbaycan Respublikasının Prezident vəzifəsinə seçilməyiniz münasibətilə mənim səmimi və ürəkdən təbriklərimi qəbul edin! Sizin inamlı qələbəniz Azərbaycan xalqının Sizin həyata keçirdiyiniz və Azərbaycanın sabit və hərətərəfli inkişafına yönəlmiş siyasi kursunuza etimadının göstəricisidir. Əminəm ki, birgə səylərlə Qırğızıstan-Azərbaycan münasibətləri gələcəkdə də qarşılıqlı hörmət və etimada əsaslanaraq genişlənəcək və dərinləşəcək”.

Sooronbay Jeenbekov Prezident İlham Əliyevə möhkəm cansağlığı, xoşbəxtlik dövlət fəaliyyətində uğurlar, dost Azərbacan xalqına sülh və firavanlıq arzu edib.

Emoməli Rəhmon…

Tacikistan Prezidenti Emoməli Rəhmon İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib. “Trend” bu barədə Tacikistan dövlət başçısının saytına istinadən məlumat verir.

Təbrik məktubunda deyilir: “Azərbaycan xalqı iradəsini ifadə etməklə bir daha Sizin rəhbərliyiniz altında aparılan və ölkənin dayanıqlı çiçəklənməsinə və beynəlxalq arenada nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasətinə yüksək etimad nümayiş etdirdi.

Sizin çoxillik əmək və səyləriniz sayəsində Azərbaycan sosial-iqtisadi inkişafında mühüm uğurlara nail olub və biz öz dostlarımızın nailiyyətlərinə ürəkdən sevinirik.

Biz əminik ki, növbəti illərdə Tacikistan-Azərbaycan qarşılıqlı fəaliyyəti hər iki ölkənin maraqları çərçivəsində inkişaf edəcək. Bunun üçün mən Sizinlə birgə səy göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Azərbacan xalqının rifahı naminə yeni nailiyyətlər arzu edirəm".

Şavkat Mirziyoyev…

Aprelin 12-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib.

Şavkat Mirziyoyev İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Şavkat Mirziyoyeva minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirib.

Aleksandr Lukaşenko…

Aprelin 12-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevə təbrik zəngi edib.

Lukaşenko İlham Əliyevi ölkəmizdə keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona xalqımızın rifahı və Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Aleksandr Lukaşenkoya minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edərək əlaqələrimizin bundan sonra da genişlənəcəyini əminliklə qeyd edib.

Həsən Ruhani…

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib. Bu barədə “Trend” İran Prezidentinin saytına istinadən məlumat verir.

Təbrikdə deyilir: "Sizə yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi çatdırıram. Bu seçkilər göstərdi ki, Azərbaycan xalqı hökumətin planlarını dəstəkləyir və Sizin rəhbərliyiniz altında ölkənin inkişaf yolunun davam etdirilməsində maraqlıdır. İran İslam Respublikası və Azərbaycan Respublikası arasında dostluq və qardaşlıq əlaqələrinin iki ölkənin hakimiyyətlərinin səyləri sayəsində davam edəcəyinə şübhə etmirəm".

Həsən Ruhani Prezident İlham Əliyevə möhkəm cansağlığı, uğurlar və Azərbaycan xalqına çiçəklənmə arzulayıb.

İqor Dodon…

Moldova Prezidenti İqor Dodon İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib. Bu barədə Moldova dövlət başçısının saytında bildirilir.

Təbrik məktubunda deyilir: “Prezident seçkilərində inamlı qələbəniz münasibətilə böyük sevinclə Moldova xalqı adından və şəxsən öz adımdan ən səmimi və ürəkdən təbriklərimi çatdırıram və qarşıya qoyulan məqsədlərin reallaşdırılmasında böyük uğurlar və qətiyyətlilik arzu edirəm.

Sizi dövlət başçısı vəzifəsinə təkrar seçməklə Azərbaycan xalqı Sizə etibarını və Sizin seçdiyiniz ölkənin inkişaf, sabitlik və cəmiyyətdə razılıq, çiçəklənmə və xalqın rifahı yoluna geniş dəstək göstərdi.

Əminəm ki, Moldova Respublikası və Azərbaycan Respublikası arasındakı konstruktiv dialoq və sıx əməkdaşlıq gələcəkdə də ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə xidmət edəcək. Sizə möhkəm cansağlığı və yeni nailiyyətlər arzu edirəm və Sizə dərin hörmətimi qəbul etməyinizi xahiş edirəm”.

Petro Poroşenko…

Ukrayna Prezidenti Petro Poroşenko İlham Əliyevi prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib. “Trend”in məlumatına görə, bu barədə Ukrayna prezidenti öz “Twitter” səhifəsində yazıb:

“İlham Əliyevi Azərbaycan Prezidenti seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edirəm! Əminəm ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı daha da möhkəmlənəcək”.

P.Poroşenko İlham Əliyevin səfərini səbrsizliklə gözlədiyini qeyd edib.

Dünya Turizm Təşkilatının baş katibi…

Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvilidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Aprel ayının 5-7-də Bakı şəhərində keçirilən Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi çərçivəsində Sizinlə görüşmək şərəfinə nail olduğum üçün Zati-alinizə təşəkkürümü bildirmək istəyirəm.

Azərbaycanın iqtisadi tərəqqisinin və davamlı inkişafının təmin edilməsində ölkənizin geniş turizm imkanlarına malik olduğunu öyrənməkdən məmnun qaldım. Bu sahənin inkişafı üçün göstərdiyiniz davamlı səylərə və dəstəyə görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirirəm.

Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizə və xalqınıza isə əmin-amanlıq və tərəqqi arzu edirəm.

Əminəm ki, prezidentliyinizin yeni mərhələsində Azərbaycan Respublikası ilə Dünya Turizm Təşkilatı arasında mövcud olan sıx dostluq əlaqələri daha da möhkəmlənəcək.

Azərbaycan Respublikası ilə Dünya Turizm Təşkilatı arasında əməkdaşlığın daha da genişlənməsi üçün Sizin dəstəyinizin davamlı olacağına ümidvaram.

Möhtərəm cənab Prezident, Sizə ən dərin ehtiramımı bildirirəm".

XXX

“ARETİ” Beynəlxalq Şirkətlər qrupunun prezidenti İqor Makarovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Möhtərəm İlham Heydər oğlu. İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə “ARETİ” Beynəlxalq Şirkətlər Qrupunun rəhbərliyi və kollektivi adından Sizə ən səmimi təbriklərimi çatdırım.

Seçicilərin mütləq əksəriyyətinin Sizə yenidən böyük etimad göstərməsi faktı, ilk növbədə, onu təsdiqləyir ki, Azərbaycan vətəndaşları Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən dövlət səviyyəli tədbirlərin uğurlarına inanırlar. Onlar həyatlarının yaxşılaşmasına ümidlərini həm doğma Vətəndə, həm də onun hüdudlarından kənarda şəksiz nüfuz sahibi olan müdrik, uzaqgörən siyasi xadimin və dövlət xadiminin adı ilə – Sizin adınızla bağlayırlar.

Əminik ki, Siz Azərbaycan Respublikasının hərtərəfli sosial-iqtisadi inkişafı və beynəlxalq arenada onun mövqelərinin möhkəmlənməsi istiqamətində inamlı irəliləyişi böyük ruh yüksəkliyi ilə davam etdirəcəksiniz.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik, firavanlıq, Azərbaycan Respublikasının bu günü və gələcəyi naminə nəcib quruculuq fəaliyyətinizdə uğurlar arzu edirik".

XXX

TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan:

"Aprelin 11-də keçirilən seçkilərin müvəffəqiyyətlə başa çatması və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Zati-alinizin zəngin təcrübəsinin və müdrik siyasətinin yeni dönəmdə də Azərbaycanın tərəqqisinə və xalqın rifahına böyük töhfə verəcəyinə, TÜRKSOY ilə Azərbaycan Respublikası arasında məhsuldar əməkdaşlığın və mədəni əlaqələrin daha da genişlənərək inkişaf edəcəyinə dərin inamımı bildirmək istəyirəm.

Əmin ola bilərsiniz ki, bu il 25 illiyini qeyd etdiyimiz beynəlxalq TÜRKSOY təşkilatı bundan sonra da üzv ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi və ümumtürk mədəniyyətinin dünyada tanıdılması istiqamətində aparılan bütün işlərdə daim Azərbaycanın yanında olacaqdır.

TÜRKSOY-a yüksək diqqətini və dəstəyini əsirgəməyən Zati-alinizi və bütün Azərbaycan xalqını bir daha təbrik edir, möhkəm cansağlığı, sülh və əmin-amanlıq arzulayıram".

XXX

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib:

"Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin yenidən Prezident seçilməyiniz Azərbaycan xalqının nəzərində Zati-alinizin müstəsna nüfuzunu tamamilə təsdiq edir. Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə nümayiş etdirdiyi yüksək fəallıq ümumi həmrəyliyin və dövlətin inkişafının demokratik prinsiplərinə sadiqliyin şəksiz sübutudur.

Əminəm ki, Sizin möhtəşəm liderlik keyfiyyətləriniz Azərbaycan Respublikasında siyasi sabitliyi və iqtisadi inkişafı daim təmin edəcək.

Səmimi qəlbdən inanıram ki, Həştərxan vilayəti ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsi üzrə konstruktiv dialoq və fəal birgə iş bundan sonra da davam edəcək.

Möhtərəm İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və Azərbaycan naminə yeni zəfərlər arzu edirəm".

XXX

“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvilidən:

"Əziz İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu il aprelin 11-də Azərbaycan xalqı öz iradəsini ifadə edərək Sizin yürütdüyünüz, ölkənin firavanlaşmasına, beynəlxalq aləmdə nüfuzunun durmadan artmasına və xalqın firavanlığına yönəlmiş quruculuq siyasətinizi hərtərəfli və şəksiz dəstəklədiyini bütün dünyaya nümayiş etdirdi. Bu yolda qazanılmış uğurlar Sizin bilavasitə adınızla bağlıdır.

Bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Əminik ki, ölkənizin dinamik iqtisadi inkişafına və ərazi bütövlüyünün tezliklə bərpa olunmasına yönəlmiş siyasi fəaliyyətiniz Azərbaycan xalqının və həmkarlarınızın hərtərəfli dəstəyi ilə öz bəhrəsini verəcəkdir.

Əziz İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, bir daha əmin etmək istərdim ki, biz - Sizin dostlarınız bizə verilən istənilən tapşırığı yerinə yetirməyə həmişə hazırıq.

İcazə verin, Sizə bir daha ən xoş arzularımı bildirim, planlarınızın və ideyalarınızın tezliklə reallaşmasını diləyim".

XXX

Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, yazıçı, akademik Albert Lixanovdan:

"Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Beynəlxalq Uşaq Fondları Assosiasiyası adından ən səmimi təbriklərimi qəbul edin.

Dövlət başçısı kimi ali vəzifəyə yenidən seçilməyiniz ölkənin inkişafı üçün Sizin seçdiyiniz yola Azərbaycan xalqının hədsiz etimadının əlamətidir. Ümidvarıq ki, uşaqların müdafiəsi məsələlərində bizim çoxdankı əlaqələrimiz nəinki davam etdiriləcək, həm də daha sıx və səmərəli olacaq.

Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycan xalqına, xüsusən onun uşaqlarına sülh və firavanlıq arzu edirik".

XXX

Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutskidən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Əziz İlham Heydər oğlu. Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərin nəticələri göstərir ki, Azərbaycan xalqı ölkənin inkişafına Sizin çox böyük şəxsi töhfənizi layiqincə qiymətləndirir, təklif etdiyiniz, müstəqil demokratik dövlət quruculuğunda nəzərəçarpacaq nəticələr əldə edilməsinə yönəlmiş gələcək siyasi və sosial-iqtisadi dəyişikliklər proqramını dəstəkləyir. Sizin yürütdüyünüz konstruktiv, sülhsevər xarici siyasət kursu ilə həmrəy olduğumu bildirirəm.

Siz əsası Azərbaycan xalqının ümummilli lideri, Sizin dahi atanız – müasir Azərbaycan dövlətinin əsaslarının formalaşması, Rusiya ilə ənənəvi dostluq, mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlığın təməlinin möhkəmlənməsi üçün çox işlər görmüş Heydər Əliyev tərəfindən qoyulmuş dövlət idarəçiliyi ənənələrini və qaydalarını ləyaqətlə davam etdirirsiniz. Əsla şübhə yoxdur ki, Siz atanızın irəliyə yol açan bayrağını bundan sonra da qürurla və şərəflə daşıyacaq, Vətənin mənafeyi naminə öz borcunuzu yerinə yetirəcək, yeni sanballı nailiyyətlər qazanacaqsınız. Bu gün ölkələrimizin xalqlarının mənafeləri həmişəkindən daha artıq dərəcədə üst-üstə düşür, bizim aramızda dostluğun və ənənəvi tərəfdaşlığın daha da möhkəmlənməsi üçün yeni əlverişli strateji imkanlar yaranır. Bizim aramızda yaranmış qarşılıqlı anlaşmanı və etimadı yüksək qiymətləndirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə, səmimi ailənizə və Zati-alinizin şəxsində bütün əməksevər Azərbaycan xalqına möhkəm cansağlığı, firavanlıq, uğurlar, sülh, tərəqqi diləyir və ən xoş arzularımı bildirirəm".



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

18.08.2026 / 11:19
Trampın reytinqi 33%-ə düşüb - Reuters/Ipsos

18.08.2026 / 11:09
Trampın komandası ilə bağlı maraqlı fakt ortaya çıxdı - 57 məmurun sərvəti dodaq uçuqlatdı…

18.08.2026 / 10:55
Axtarışda olan 101 nəfər saxlandı

18.08.2026 / 10:41
Lavrov qəzəbləndi - Yaponiya "əxlaq həddini aşıb", səfir XİN-ə çağırıldı, amma gəlmədi

18.08.2026 / 10:18
İran Bərzaninin ofisinə edilən hücuma münasibət bildirdi – ehtiyatsızlıq…

18.08.2026 / 10:02
Bölgələrdə yanğına səbəb olan 3 nəfər məsuliyyətə cəlb olundu

18.08.2026 / 09:43
Tovuzda avtomobil su arxına düşdü, sürücü öldü

18.08.2026 / 09:25
Ukrayna Qara dənizdə rus nefti daşıyan Yunanıstan tankerini vurdu…

18.08.2026 / 09:03
Elbrusda 8 alpinist itkin düşdü

18.08.2026 / 08:24
Türkiyənin S 400-nə dünyada sahib çıxan yoxdur - milyardlar metalloma verilə bilər

18.08.2026 / 07:12
Kuşner Yaxın Şərq səfərindən “əliboş” döndü - Netanyahu “öncə HƏMAS” dedi

18.08.2026 / 06:53
Yaponiya səfiri Rusiya XİN-ə getmək qərarı verdi - Lavrovun atmacasından sonra…

18.08.2026 / 06:41
Xaricdən maliyyələşmə şübhəsi “Yabloko”nu Dumadan kənarda qoydu

18.08.2026 / 06:29
Qara dənizdə Rusiya nefti daşıyan yunan gəmisinə hücum edilib

18.08.2026 / 06:16
Konqres Demokratları Trampın səlahiyyətlərini məhdudlaşdırmaq niyyətindədir - Omana təhdidlərdən sonra…

18.08.2026 / 06:08
Fidan və Araqçi arasında yeni “Hörmüz müzakirəsi” - sırada nə var…

17.08.2026 / 21:47
İran ABŞ-a bir neçə həftə vaxt verdi – razılaşma yerinə yetirilməsə, hücuma başlayacağıq…

17.08.2026 / 21:23
Saakaşvili düz deyirsə, Gürcüstan Bakı və İrəvana qarşı Kremlin oyunlarını oynayacaq...

17.08.2026 / 20:56
Zəngəzur dəhlizindən İrana ikinci dəmir yolu - ABŞ-İran savaşı davam etsə...

17.08.2026 / 20:43
Putinin öz partiyası da xarici maliyyə mənbələrindən asılı vəziyyətə düşüb... 810 milyard...

17.08.2026 / 20:17
Lavrov Türkiyəyə - Eyni vaxtda həm Avropada, həm NATO-da, həm də Rusiya ilə dostluq olmaz...

17.08.2026 / 19:56
Ermənistan vətəndaşlığı almaq istəyən xarici ermənilərlə ciddi problem yaranıb...

17.08.2026 / 19:11
“Avroittifaq Azərbaycanla münaqişədə (?) Ermənistanı müdafiə edə bilməyəcək”...

17.08.2026 / 18:38
Azərbaycana qarşı terror və zorakılıq çağırışları edən 3 Rusiya vətəndaşı beynəlxalq axtarışa verildi...

17.08.2026 / 18:03
Tramp Omanı vurmaqla hədələdi - "yolumuza çıxarlarsa, onları yerlə bir edərik”…

17.08.2026 / 17:40
Böyükşor gölünün suyu yaşıl rəngə boyandı - Dövlət Xidməti səbəbi açıqladı...

17.08.2026 / 17:23
Husilər Qırmızı dənizdə Səudiyyənin hərbi gəmilərinə raket zərbələri endirdi…

17.08.2026 / 17:05
İran Ermənistanı hərblə hədələyir - İrəvan qorxu içində...

17.08.2026 / 16:52
ABŞ Çindən donanmanı geri çəkir - Vaşinqtonda yeni siyasi qalmaqal başladı...

17.08.2026 / 16:38
Gürcüstan tezliklə Rusiyanın bir hissəsi ola bilər

17.08.2026 / 16:31
İran İraq Kürdüstanının baş nazirinin ofisini bombaladı…

17.08.2026 / 16:20
Azərbaycan diasporunun Moskvadakı rəhbəri Rusiyadan deportasiya edildi...

17.08.2026 / 16:06
Rusiya Ermənistan mallarını Azərbaycan məhsulları ilə əvəzləyir...

17.08.2026 / 15:50
Azərbaycan Xəzər dənizini Avropa ilə Asiya arasında rəqəmsal körpüyə çevirir...

17.08.2026 / 15:43
Nikah və boşanmaların sayı azalıb...

17.08.2026 / 15:36
Azərbaycan əhalisinin sayı açıqlandı

17.08.2026 / 15:23
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı

17.08.2026 / 15:15
Dövlət qulluqçularının adından kiberdələduzluq edən dəstə ifşa edildi - VİDEO

17.08.2026 / 14:57
Trampın "Hörmüzü işğal planı"nın görünməyən və görünən tərəfləri...

17.08.2026 / 14:41
Bakıda Taras Şevçenkonun abidəsinin yerləşdiyi meydana onun adı verildi

17.08.2026 / 14:15
Netanyahu Qəzzanın qisasını İspaniyadan belə alır - Mərakeşdə nə baş verir...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ