Azərbaycanda prezident seçkiləri açıq, şəffaf, milli və beynəlxalq qanunvericiliyə uyğun keçdi. Trend-in məlumatına görə, bu barədə Türkdilli ölkələrin Parlament Assambleyası (TürkPA) və Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının birgə bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Azərbaycanda xalqın iradəsini sərbəst ifadə etməsi üçün, o cümlədən fiziki məhdudiyyəti olan şəxslər üçün bütün tədbirlər görülüb.
Bundan başqa, vurğulanıb ki, beynəlxalq və yerli müşahidəçilər üçün bütün şərtlər yaradılmışdı.