Azərbaycanda prezident seçkilərinin nəticələri ölkənin inkişafının zəmanətidir. Trend-in məlumatına görə, bunu Bosniya və Herseqovina parlamentinin nümayəndəsi Predraq Kojul mətbuat konfransında deyib.
O qeyd edib: "Biz seçkilərdə müşahidə kimi iştirak etmək dəvətini böyük məmnuniyyətlə qəbul etdik. Seçki prosesini diqqətlə müşahidə etdik".
P.Kojul vurğulayıb ki, beynəlxalq müşahidəçilər və QHT-lərin işi üçün bütün şərait yaradılmışdı: "Pozuntu qeydə alınmayıb, seçicilər fəal şəkildə səs verib. Səsvermə prosesi yüksək səviyyədə təşkil olunub".
O, müsbət məqam kimi seçkilərdə gənclərin fəallığını və məhdud imkanlı şəxslərin səs verməsi üçün yaradılan imkanları qeyd edib.