Azərbaycan xalqını bu böyük əhəmiyyətli hadisə və İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm! Dünənki seçki tam azad və demokratik şəraitdə keçdi. Trend-in məlumatına görə, bunu Azərbaycandaki prezident seçkisinin gedişatını müşahidə etmiş Moldova parlamenti sədrinin müavini, Xarici siyasət və Avropaya inteqrasiya üzrə komissiyanın, eləcə də Moldova-Azərbaycan dostluq qrupunun üzvü Vitiuc Vladimir bildirib.
Onun sözlərinə görə, seçki prosesi elə təşkil olunmuşdu ki, saxtakarlıq etmək mümkün deyildi: "Seçki yüksək təşkilatçılıqla və intizamlı keçdi. Bütün namizədlərə və seçicilərə eyni şərait yaradılmışdı. Biz burda saxtalaşdırmaya imkan verməyən yeniliklər gördük. Azərbaycanda bir sıra ölkələrə nümunə ola biləcək seçki keçdi".
O, əlavə edib ki, Azərbaycanda beynəlxalq müşahidəçilər üçün çox yaxşı və əlverişli şərait yaradılıb, onların seçki prosesi ilə bağlı bütün suallari cavablandırılıb.