Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycanın dövlət başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.
Trend-in məlumatına görə, bu barədə Gürcüstan prezidenti öz “Twitter” səhifəsində yazıb:
“Əziz dostum, Prezident İlham Əliyev, prezident seçkilərində təkrar seçilməyiniz münasibətilə təbrik edirəm. Dost xalqlarımızın rifahı naminə fəal əməkdaşlıq gözləyirəm”.