Azərbaycanda prezident seçkiləri qanunvericiliyə uyğun və beynəlxalq standartlar çərçivəsində keçirildi. Trend-in məlumatına görə, bunu mətbuat konfransında Azadlıq və Demokratiya Fondunun müşahidə missiyasının rəhbəri Pere Masias deyib.
O bildirib: “Biz prezident seçkilərinin təşkilində Azərbaycanın tətbiq etdiyi təcrübəni alqışlayırıq. Seçki məntəqələrinə girişdə heç bir məhdudiyyət yox idi, bütün seçicilər və müşahidəçilər açıq və şəffaf seçkilərin gedişinə nəzarət edə bilərdi”.
O, həmçinin seçki məntəqələrində təbliğat materiallarının istifadəsi kimi pozuntu hallarının olmadığını vurğulayıb və MSK-nın prezident seçkilərində iştirak çağırışı ilə bağlı səylərini yüksək qiymətləndirib: “Azərbaycanda seçkilər effektiv və peşəkar səviyyədə keçdi. Bütün vətəndaşlar bərabər seçki hüququndan yararlanıb”.