Niderland parlamentinin aşağı palatası qondarma erməni genosidini tanıyan qətnaməni təsdiq edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Associated Press” məlumat yayıb. Məlumatda parlament çoxluğunun qətnaməyə dəstək verdiyi ifadə olunur.
Lakin Niderland XİN başçısının səlahiyyətlərini icra edən Siqrid Kaaq deyib ki, ölkəsinin hökuməti parlamentin bu addımını davam etdirməyəcək. Onun sözlərinə görə, nazirlər kabineti bu məsələdə “təmkin nümayiş etdirməyə davam edəcək”.