Ölkə başçısının sərəncamı ilə Yaşar Qəhrəman oğlu Məmmədov Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Baki-xeber.com bu barədə prezident.az saytına istinadən xəbər verir. Prezidentin digər sərəncamı ilə Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bunadək Ziyəddin Əliyev "Azəravtoyol" ASC-də çalışıb. Prezidentin cari il fevralın 20-də imzaladığı sərəncamla ona "Əməkdar mühəndis" fəxri adı verilib.