Ədliyyə naziri Fikrət Məmmədov dekabrın 5-də Cəlilabad rayonunda vətəndaş qəbulu keçirəcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “Bakı Xəbər”ə verilən məlumata görə, Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 242) keçiriləcək qəbulda Cəlilabad, Salyan və Neftçala rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula Lənkəran regional ədliyyə idarəsi (ünvan: Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15; əlaqə telefonu: (02525) 4-26-72, 4-07-88, (050) 326-99-94), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində yazıla bilər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.