çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Polis rəisi Nardaran hadisələrinin mahiyyətini təhrif edənlərə faktlarla tutarlı cavab verdi

Image


Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov APA-ya müsahibə verib. Müsahibəni “Bakı-Xəbər”in oxucularına təqdim edirik:

- Hüquq-mühafizə orqanları tərəfindən Nardaranda xüsusi əməliyyat keçirilməsindən artıq iki il ötür. Belə bir əməliyyatın keçirilməsini zəruri edən səbəblər hansılar idi?

- Nə qədər acı olsa da, etiraf etməliyik ki, Nardaran sakinləri uzun illər din pərdəsi ilə maskalanmış bir qrup cinayətkarın təzyiqi altında qorxu və vahimədə yaşayıb və onların diqtəsi ilə qəsəbədə dövlət qanunlarının icrası iflic vəziyyətdə olub. Orada yaşayan vətəndaşlarımız yaranmış belə şəraitdən olmazın əziyyət və mərhumiyyət çəksələr də, qorxudan səslərini belə çıxara bilmir, dövlət qurumlarına şikayət etməkdən çəkinirdilər.

Təbii ki, bütün bunlar dövlət və ictimai təhlükəsizliyə cavabdeh olan hüquq-mühafizə orqanlarını daim narahat edirdi. Burada profilaktik söhbətlər aparılırdı, ölkənin qanunları izah edilirdi, bir sözlə, nizam-intizam yaratmağa çalışırdıq. Təəssüflər olsun ki, artıq özlərini qəsəbənin söz sahibi kimi hiss edən həmin qrup dövlət qanunları ilə hərəkət etmirdi.

Konkret bir faktı deyim: 2015-ci il noyabr ayının əvvəlində qəsəbə sakini olan bir nəfər hakimiyyət nümayəndəsinə zor tətbiq edərək müqavimət göstərdiyi üçün Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlandı. Onun atası və ətrafında olan bir qrup Polis İdarəsinin qarşısına toplaşaraq saxlanan şəxsin azad edilməsini tələb edirdi. Biz onlara saxlanan şəxsin hər bir vətəndaş kimi qanun qarşısında cavab verməli olduğunu və bura toplaşıb yersiz tələblər irəli sürməyin özünün də qanun pozuntusu olduğunu izah etdik. Buna baxmayaraq, onlar bizi eşitmək belə istəmirdilər. Əksinə, İdarənin qarşısına toplaşan aqressiv qrup polisə hücum çəkərək bir neçə əməkdaşa xəsarət yetirdi. Lakin qısa müddətdə onların bu qanunsuz əməllərinin qarşısı qətiyyətlə alındı.

Görünən o idi ki, onların qanunlara tabe olmaq niyyəti yoxdur və hətta özlərinə dəstək üçün respublikanın müxtəlif rayonlarından dini ekstremizmə və cinayətə meylli olan şəxsləri də qəsəbəyə toplayırdılar. Məqsədləri polis idarəsinə basqın edərək silah-sursat əldə etmək və ölkədə ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar və terror törətmək idi.

Bizə məlumat daxil oldu ki, əvvəllər Nardaran və nardaranlılarla heç bir əlaqəsi olmayan, din pərdəsinə bürünərək respublikamızın müxtəlif bölgələrində qanunsuz hərəkətlər etmiş Taleh Bağırov dövlətin konstitusion quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlətin qurulması məqsədilə “Müsəlman birliyi" adlı qondarma bir hərəkat yaradaraq Nardaranda peyda olub. Məhz onun rəhbərliyi ilə Bakıda və respublikanın digər bölgələrində olan dini radikalizmə və cinayətə meylli şəxslər yağlı vədlərlə Nardarana toplanılaraq odlu silah, partlayıcı maddələrlə təchiz edilməklə silahlı cinayətkar dəstə təşkil edilib.

Bu məsələyə qeyri-ciddi yanaşmaq olmazdı. Vaxtında buna müdaxilə edilməsəydi, sizi əmin edirəm ki, bunun nəticələri çox ağır ola bilərdi. Bütün bunları nəzərə alan Daxili İşlər Nazirliyinin rəhbərliyi həmin şəxslərin zərərsizləşdirilməsi məqsədilə Nardaranda xüsusi əməliyyat keçirilməsinə dair qərar verdi. Noyabrın 26-da baş tutan əməliyyat zamanı cinayətkar qrup polis əməkdaşlarına müxtəlif növdən olan odlu silahlarla müqavimət göstərdi. Onların davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu xidməti silahdan istifadə etmək məcburiyyətində qaldı. Nəticədə cinayətkar dəstənin 4 üzvü məhv edildi, digərləri isə yaxalanaraq məsuliyyətə cəlb edildi.

Qəsəbədə qanunların bərpası, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə keçirilən həmin əməliyyat zamanı polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirdi və təəssüf ki, bu zaman 2 əməkdaşımız cinayətkarlarla mübarizədə qəhrəmancasına həlak oldu. Məhz onların həyatı bahasına olsa da, əməliyyat nəticəsində ölkədə ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin planları iflasa uğradı.

Bu gün özlərini müxalifət adlandıran bəzi qüvvələr utanmadan iddia edir ki, guya Nardaran hadisələrini elə hüquq-mühafizə orqanları təşkil edib. Xalqdan dəstək ala bilməyən bu adamlar dövlətçiliyə qarşı çıxan bir qrup ünsürü müdafiə etməklə özlərinə tərəfdar toplamağa çalışırlar. Onlara xatırlatmaq istəyirəm ki, müdafiəsinə qalxdıqları həmin cinayətkarlar müstəqil Azərbaycan dövlətinə, dövlət atributlarımıza, qanunlarımıza hörmətsizlik edən, bütöv bir qəsəbəni özlərinin girovuna çevirmiş adamlar olub.

- Məlum olduğu kimi, son hadisələrə qədər Nardaran qəsəbəsi Bakının digər kənd və qəsəbələrindən tam fərqlənirdi. Bu qəsəbə sanki dini qayda-qanunlarla idarə olunurdu, bəzi valideynlər qız uşaqlarını məktəbə buraxmırdılar, qəsəbəni cinayətkar keçmişləri olan bir qrup idarə edirdi. Əməliyyatlardan sonra Nardaranda nələr dəyişib?

- Bu gün Nardaranda vəziyyət tamam dəyişib. Respublikamızın bütün bölgələrində olduğu kimi, burada da əhali təhlükəsizlik şəraitində yaşayır, gündəlik qayğıları və işləri ilə məşğul olurlar. Dövlət orqanlarının yerli nümayəndələri kənd sakinlərinin yaxından köməyi ilə uzun illər bu kənddə problemə çevrilmiş təhsil, səhiyyə və digər sosial problemlərin birdəfəlik aradan qaldırılmasına nail olub.  

Rayon Təhsil Şöbəsi və Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi profilaktik tədbirlər nəticəsində vaxtilə təhsildən yayınmağa məcbur olan bəzi məktəbyaşlı uşaqlar yenidən məktəbə qaytarılıb. Bu gün kənddəki orta məktəbdə şagirdlərin dərsə davamiyyəti tam təmin olunub.

Onu da qeyd etməliyəm ki, əvvəllər nardaranlı gənclər arasında müxtəlif bəhanələrlə hərbi xidmətdən yayınma halları baş verirdi. Polisin və Səfərbərlik və hərbi ximətə çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının həyata keçirdiyi müvafiq işlər, tədbirlər sayəsində bu gün fəxrlə demək olar ki, hərbi xidmətə çağırış yaşlı bütün naradaranlı gənclər Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Vətənə xidmət edir.   

Qeyd edilən əməliyyat tədbirindən dərhal sonra Nardaranda yeni polis bölməsi fəaliyyətə başladı. Artıq bu Polis Bölməsinin əməkdaşları da öz xidməti vəzifələrini uğurla yerinə yetirirlər. Elə bunun nəticəsidir ki, bu gün Nardaranda, demək olar ki, ağır cinayət hadisələri törədilmir. Qeydə alınan ümumi cinayətlərin 96 faizinin açılması təmin edilib. Sakinlərin bütün dövlət qurumlarına, o cümlədən polisə olan etibarının və güvəninin göstəricisidir ki, son hadisələrdən bu günədək (2016-2017-ci illər) müxtəlif məsələlərlə bağlı rayonun polis orqanlarına müraciət edən 5291 nəfər qəsəbə sakini Rayon Polis İdarəsinin və qəsəbədəki Polis Bölməsinin rəhbərliyi tərəfindən qəbul edilib. Əvvələr polisə şikayət etməkdən çəkinən qəsəbə sakinləri tərəfindən bölməyə minə yaxın şikayət və ərizə daxil olub ki, onların da hər birinə operativ yə obyektiv baxılaraq qanunamüvafiq qərarlar çıxarılıb.

- Daxili İşlər Nazirliyiqeyd olunan  əməliyyat tədbirindən dərhal sonra sakinlərə  qanunsuz saxlanan silah-sursatın polisə könüllü təhvil vermələri barədə müraciət etdi. Bu çağırış nəticə verdimi?

- Əlbəttə, o müraciətin çox böyük əhəmiyyəti oldu. Cənab nazir bizə göstəriş verdi ki, sakinlərlə danışın, kimdə qanunsuz silah varsa könüllü təhvil versin. Bu məqsədlə rayonun icra başçısının və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə qəsəbə sakinləri ilə mütəmadi görüşlər keçirildi və onlara əllərdə olan qanunsuz silah-sursatın polisə könüllü təhvil verilməsinin əhəmiyyəti və vacibliyi izah edildi. Məhz belə profilaktik söhbətlərdən sonra bu çağırışa dəstək verən kənd sakinlərinin yaxından köməyi ilə bu günədək 12 ədəd avtomat, 15 ədəd tapança, 88 ədəd ov tüfəngi, 34 ədəd əl qumbarası, 16 ədəd “Molotov kokteyli”, 1500-ə yaxın müxtəlif çaplı patronlar və digər hərbi ləvazimatlar könüllü olaraq polisə təhvil verilib.

- Nardaran hadisələrdən iki il ötməsinə baxmayaraq, qəsəbənin giriş-çıxışındakı polis postları hələ də qalır. Bu, Nardaranda təhlükənin hələ də sovuşmadığından xəbər verir?

- Yuxarıda qeyd etdiyim faktlar və eləcə də tədbirlərimizin təhlili onu deməyə əsas verir ki, bu gün qəsəbədə təhlükəsizlik və profilaktiki tədbirlərin davam etdirilməsi zəruridir. Bu postlar heç kimin gediş-gəlişinə mane olmur, əksinə, polis postları Nardaran sakinlərinin təhlükəsizliyini daha etibarlı təmin etmək üçün fəaliyyət göstərir.

- Ötən müddət ərzində Nardaranda hansı infrastruktur və yenidənqurma işləri aparılıb?

- Çox sevindirici haldır ki, bu gün Nardaran əvvəlki Nardaran deyil. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində burada bir sıra infrastruktur və yenidənqurma işləri aparılıb və proses davam etməkdədir. Son iki ildə ümumi abadlıq-quruculuq işləri ilə bərabər xeyli sayda sosial obyektlər tikilib. Bura 42-ci Polis Bölməsi, Dövlət Təhlükəsizliyi Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin yerli bölmələri, Mədəniyyət Evi, İşıq İdarəsi, Rayon İcra Hakimiyyətinin ərazi nümayəndəliyi, ATS və poçt binası daxildir. Hazırda Nardaranda “ASAN Xidmət” üçün yeni bina inşa olunur və yaxın zamanlarda qəsəbə sakinləri bu xidmətdən də tam yararlana biləcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ