Prezident Trampın baş müşaviri və prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Azərbaycandan olan 15 yaşlı Reyhan Camalovanın nailiyyətlərini təqdir edib.
Baki-xeber.com bu barədə "Amerikanın səsi"nə istinadən xəbər verir. Xəbərə görə, xanım Tramp çıxışında 15 yaşlı azərbaycanlı qızın zəkasına heyran qaldığını bildirib. "Azərbaycandan olan Reyhan Camalovanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkət yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var: "Hər dəfə bir evi işıqlandır". Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm"- deyən İvanka Tramp Reyhandan ayağa qalxmasını xahiş edib.
Məlumatda deyilir ki, Qlobal Sahibkarlıq Sammiti dünyanın hər yerindən yeni sahibkar, sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi illik sahibkarlıq tədbiridir. GES-2017 innovatorları, xüsusən də qadın innovatorları gücləndirmək və onların ideyalarına dəstək göstərmək üçün bir mühit yaradacaq. İki gün yarım ərzində şəbəkələşmə, mentorluq və seminarlar vasitəsilə sahibkarlar öz təşəbbüslərini tərtib etmək, tərəfdaşlıq qurmaq, maliyyələşmə təmin etmək, yenilik etmək və hədəf müştərilərini tapmaq — cəmiyyətləri dəyişəcək yeni məhsullar və xidmətlər yaradır.
Xəbərdə o da deyilir ki, ABŞ Dövlət Departamenti Reyhan və onun mentoru Leyla Tağızadənin səfərini və Qlobal Sahibkarlıq Sammitindəki iştirak xərclərini bütövlükdə öz üzərinə götürüb.