çərşənbə günü, 21 oktyabr 2026
     

Mətbuat Şurası Zərdabda Həsən bəy Zərdabinin əsərlərindən ibarət kitabın təqdimatını keçirdi - FOTO

Image


Zərdab Rayon İcra Hakimiyyəti və Azərbaycan Mətbuat Şurasının birgə təşəbbüsü ilə “Həsən bəy Zərdabi. Seçilmiş məqalələri və məktubları” (rus dilindən tərcümə) kitabının təqdimat mərasimi keçirilib. Noyabrın 25-də Zərdabda gerçəkləşdirilmiş toplantı milli mətbuatımızın banisi, görkəmli ziyalı, ictimai xadim və naşir Həsən bəy Zərdabinin vəfatının 110-cu ildönümünə həsr olunub.

Tədbirlərin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tədbir iştirakçıları Həsən bəy Zərdabinin abidəsinə baş çəkib. Dahi mütəfəkkirin adını daşıyan muzeylə tanışlıq maraqlı anlarla yadda qalıb. Burada məktəblilərin ifasında Həsən bəyin yaradıcılığı ilə bağlı ədəbi-bədii kompozisiya müşaiyyət olunub. Qonaqlar muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Zərdab Rayon İcra Hakimiyyətində keçirilmiş təqdimat mərasimini rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev açaraq bildirib ki, Azərbaycanda maarifçiliyin, mətbuatın, ictimai fikrin inkişafında Həsən bəy Zərdabinin tarixi xidmətləri danılmazdır. 1861-ci ildə Tiflis gimnaziyasını, 1865-ci ildə Moskva Universitetini bitirmiş Zərdabi Azərbaycanda xeyriyyə cəmiyyətinin, milli teatrın, milli mətbuatın əsasını qoyub. Onun zəhməti nəticəsində 1901-ci ildə Bakıda Qızlar gimnaziyası fəaliyyətə başlayıb. Görkəmli alimin təşəbbüsü ilə Azərbaycan müəllimlərinin 1-ci qurultayı çağırılıb. Ömrünü xalqın rifahına həsr etmiş, Azərbaycan ziyalılarının mənəvi atası sayılan Həsən bəy Zərdabinin xatirəsi bu gün hər yerdə olduğu kimi, Zərdabda da böyük ehtiramla anılır.

Milli Məclisin deputatı, MŞ sədri Əflatun Amaşov bildirib ki, Həsən bəy Zərdabinin xatirəsinə həsr olunmuş tədbirin məhz onun doğma yurdunda təşkili qürurvericidir. 110 il əvvəl - 1907-ci il noyabrın 28-də vəfat etmiş dahi şəxsiyyətin zəngin mənəvi irsi dəyərli xəzinədir, məktəbdir. Bu müdrik şəxsiyyət “Əkinçi” qəzeti ilə milli mətbuatımızın təməlini qoymaqla xalqımızın maariflənməsi, dilimizin qorunması, saflaşması yolunda tarixi addım atıb. Xalqımız xoşbəxtdir ki, onun Həsən bəy Zərdabi kimi fədakar oğlu var:  “Məlumdur ki, cəmi 56 nömrəsi işıq üzü görmüş “Əkinçi” davamlı təzyiqlərdən və təqiblərdən sonra bağlandı. Ömrünün ixtiyar çağının 15 ilini doğma Zərdabda sürgün həyatı kimi yaşamağa məcbur olan Həsən bəy buradan Azərbaycanda, Gürcüstanda və hətta Rusiyada nəşr olunan qəzet və jurnallara çoxsaylı məqalələr göndərdi. Onun, əksəriyyəti “Kaspi” qəzetində dərc edilən və bu kitabda toplanan, seçilmiş məqalə və məktubları xalqımızın, ölkəmizin XIX əsrin sonları və XX əsrin əvvəllərindəki həyatının, məişətinin dərindən öyrənilməsi üçün əvəzolunmaz, çox dəyərli, zəngin xəzinədir. Şübhə yoxdur ki, Zərdabi irsinin araşdırmaçıları, jurnalistika fakültəsinin tələbələri nəşrdə onları düşündürən çox məsələlərə cavab tapacaqlar”, - deyə Ə.Amaşov vurğulayıb.

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli bildirib ki, dus dilindən tərcümə olunaraq oxuculara ana dilimizdə təqdim olunan “Həsən bəy Zərdabi. Seçilmiş məqalələri və məktubları” kitabı Zərdabi irsinə böyük məhəbbətin məhsuludur. O, nəşrin ərsəyə gəlməsində əməyi keçən hər kəsin xidmətini vətənpərvərlik nümunəsi kimi dəyərləndirib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, Bakı Dövlət Universitetinin professoru Jalə Əliyeva vurğulayıb ki, Həsən bəy Zərdabi “elmdən məhrum olan bir xalq işıqdan məhrumdur” deyirdi: “Bu gün Zərdab gözəl ziyalıları, fədakar insanları ilə tanınır. Bu insanlar rayona hər zaman başucalığı gətirirlər. Deməli, Zərdabinin arzuları çiçək açır, gözəl bəhrələr verir. Həsən bəy dahi millət fədaisi, ziyalılar ziyalısı idi. Onun rusdilli mətbuatda təqribən 125-130 il əvvəl dərc etdirdiyi çox dəyərli məqalə və məktublarının məhz Zərdabda təqdim olunması böyük ədəbi-mədəni hadisədir. Biz Zərdabi irsinin uzun illər ana dilimizə çevrilməsini gözləyən parlaq bir hissəsi ilə yaxından tanış olmaq imkanı qazanırıq. Bu gözəl gündə Zərdabi ilə yanaşı, onun ömür-gün və mübarizə yoldaşı Hənifə xanım Məlikova-Abayevanı da ehtiramla xatırlayırıq”.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli toplantıdakı çıxışında bunları deyib: “Həsən bəy Zərdabi türk dünyasının ən qabaqcıl ziyalılarından biri, mən deyərdim ki, birincisidir. O, neçə-neçə ilklərə imza atdı. Moskva Universitetini namizədlik dərəcəsi ilə bitirdi və orada qalıb elmi fəaliyyətlə məşğul olmaq təklifi alsa da, doğma xalqının maariflənməsi, tərəqqisi naminə qarşısında açılan yüksək karyera perspektivlərindən imtina etdi, Vətənə qayıtdı, bütün ömrünü millətin oyanmasına, zülmətin işıqlanmasına həsr etdi. Həsən bəy “Əkinçi” ilə elə bir maarif və mədəniyyət toxumu səpdi ki, biz azərbaycanlılar dünya durduqca o toxumun bəhrələrindən qidalanacağıq. Bu gün təqdim olunan kitab fakültəmizin nəinki tələbələri, həm də müəllimləri üçün dəyərli töhfədir”.

Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin radio və televiziya kafedrasının müdiri, professor Allahverdi Məmmədli Həsən bəy Zərdabinin həyat fəaliyyətindəki spesifik məqamlardan söz açaraq bildirib ki, təqdimatı keçirilən nəşr dahi mütəfəkkirin ruhunu böyük etimaddır.

“Xalq qəzeti”nin baş redaktor müavini, kitabın redaktoru və rəyçisi Tahir Aydınoğlu qeyd edib ki, təqdimatı keçirilən nəşr Azərbaycan xalqının keçmişini əhatə edən canlı salnamədir. “Nə yaxşı ki, Zərdab torpağının övladları sinələrini qabağa verərək bu müqəddəs işi öz üzərlərinə götürdülər, Həsən bəyin çox dəyərli irsinə ikinci həyat, anım gününə gözəl töhfə verdilər: “Xoşbəxtəm ki, bu işdə mənim də az-çox əməyim var”.

Kitabın tərcüməçisi, “Əkinçi” qəzetinin redaktoru İsaməddin Əhmədov məlumat verib ki, kitabda “Kaspi” qəzetinə 1881-1895-ci illərdə Zərdabdan göndərdiyi və “Zərdabdan məktublar” başlığı altında dərc olunmuş məqalə və məktubları, həmçinin “Kaspi” qəzetinin redaktoru işlədiyi illərdə həmin qəzetdə, eləcə də “Qafqaz” qəzetində, “Trudı Kavkazskoqo obşestva selskoqo xozyaystva” nəşrində yayımlanan məqalələri və məktubları yer alıb. “Kitabdakı bütün məqalə və məktublar hissə-hissə Zərdab rayonunda çıxan “Əkinçi” qəzetinin 2009-2016-cı illərdəki saylarında çap olunub. Məqalələrin hər biri elmi, mədəni, maarifləndirici, tarixi, etnoqrafik və fəlsəfi əsərdir, xalqımızın ötən əsrlərdəki həyatının canlı salnaməsidir. Məqalələr bu gün də əhəmiyyətini itirmir, aktuallığını saxlayır. Digər tərəfdən, “Əkinçi”ni nəşr edərkən H. Zərdabi gənc bir jurnalist idisə, “Kaspi” qəzeti ilə əməkdaşlıq etdiyi və redaktor olduğu dövrlərdə həyatın ağır sınaqlarından çıxmış, hakim dairələrin mürtəce, yaramaz təmsilçiləri ilə amansız mübarizələrdə bişib-bərkimiş müdrik mücahid, hər şeyini, hətta doğma övladlarını belə sevimli xalqının maariflənməsi, tərəqqisi naminə qurban verməkdən də çəkinməyən qorxubilməz millət fədaisi idi. Həm də “Əkinçi” qəzetinin 2 ildə cəmi 56 sayı çapdan çıxmışdısa, bu kitabda oxuculara milli mətbuatımızın banisinin ömrünün müdriklik çağlarında, 25 illik bir dövr ərzində qələmə aldığı 280 məqalə və məktubu təqdim olunur. Bu məqalə və məktublar kəndlərimizin və şəhərlərimizin, ümumən xalqımızın qədim və zəngin tarixini, məişətini, mədəniyyətini, toponim və topoqrafiyasını, adət və etnoqrafiyasını öyrənmək baxımından da çox qiymətli mənbələrdir”.

Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ