Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz 28-29 noyabr tarixlərində Azərbaycanda səfərdə olacaq. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
XİN-dən bildirilib ki, səfər çərçivəsində nazir M.G.Sanzın Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü, eyni zamanda Kosta Rikanın Azərbaycandakı səfirliyinin açılış mərasimində iştirakı planlaşdırılıb.