KTMT və Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistanın Avropa İttifaqına üzv qəbul olunması siyasi spekulyasiyadan başqa bir şey deyil.
Baki-xeber.com-un sözlərinə görə, bunu Lomonosov adına Moskva Dövlət Universitetinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko deyib. Məsələni “Vestnik Kavkaza” saytına şərh edən Fenenko bildirib ki, bununla Qərb iki məqsəd güdür. Bunun birincisi Avrasiya iqtisadi sistemini mümkün qədər bulanıq hala gətirməkdir ki, Ermənistan hər iki “cəbhəyə” xidmət etməklə buna yol açacaq. Beləliklə də KTMT-nın gömrük sistemi çökəcək, onun baza sistemi dağılacaq.
İkinci məqsəd isə Ermənistanın tərkibində antirusiya seqmentinin saxlanmasına xidmət edir ki, bununla da gələcəkdə Ermənistanın KTMT və Avrasiya ittifaqından çıxması tələbilə provokativ “maydan” hərəkatının başladılmasına zəmin hazırlanıb.
Ekspertin fikrincə, böyük oyunlara başvurması Ermənistanın sonunu gətirəcək.