Batumidə “Leoqrand” otelində baş vermiş yanğın nəticəsində insan tələfatı ilə əlaqədar noyabrın 27-də Gürcüstanda matəm elan olunub.
AZƏRTAC xəbər verir ki, Gürcüstanda dövlət bayrağı endirilib.
Xatırladaq ki, noyabrın 24-dən 25-nə keçən gecə Batumidəki "Leogrand" hotelində baş vermiş yanğın nəticəsində 12 nəfər ölüb, 21 nəfər yaralanıb. Ölənlərin 11-i Gürcüstan, 1 nəfəri isə İran vətəndaşıdır.
Yanğın hoteldəki spa-salon mərkəzində başlayıb. Yanğınsöndürənlər 7-ci mərtəbədə təcrid olunmuş vəziyyətdə qalan 100-dək insanı xilas edə biliblər.