Ermənistan ordusunda yenidən ölüm hadisəsi baş verib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ermənistanın NEWS.am saytı xəbər verir. Saytın yazdığına görə, hadisə Lori vilayətindəki N saylı hərbi hissədə baş verib. Xəbərə görə, 36 yaşlı hərbçi Qarnik Petrosyan noyabrın 24-də özünü pis hiss edib, hospitala aparılarkən isə yolda ölüb.