Noyabrın 24-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Daşkəsən şəhərində vətəndaşları qəbul edib.
DGK-nın Mətbuat Xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, qəbulda bölgədə yerləşən Daşkəsən, Göygöl, Samux rayonları və Gəncə şəhər sakinlərinin müraciətləri dinlənib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Namiq QULİYEV