Rza Zərrabın məhkəmə davasını aparan və Tramp seçildikdən sonra işdən qovulan ABŞ-lı sabiq prokuror Preet Bharara FETÖ-çü Mahir Zeynalovun tweetini şəfh edərkən Türkiye barəsində səviyyəsiz ifadələr işlədib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə“Sabah”qəzeti yazıb. Qəzetin xəbərində deyilir ki, FETÖ tərəfdarlarından olduğu bildirilən Mahir Zeynalov adlı şəxs özünün twitter tesabında Türkiyə dövlətinə ləkə yaxan ifadələr işlədib. Bildirib ki, guya ifşa olunan FETÖ-çu polis məmurlarının həyat yoldaşları məhz onların xanımları olduqları üçün həbsə atılıb. Bunu “qorxaqlıq və alçaqlıq” adlandıran sabiq prokurorun kimliyinə diqqət çəkən qəzet yazır ki, Bhararanın əslində adıçəkilən örgütə işlədiyi artıq sübuta yetirilib.
Xəbərdə bildirilir ki, Zeynalov və Bharara hər nə qədər bu həbsləri qohumluq əlaqələri ilə izah etməyə çalışsalar da, həbsə alınan qadınların özlərinin də FETÖ-çü olduqları artıq faktlarla təsdiqini tapıb.