çərşənbə günü, 21 oktyabr 2026
     

Rusiya-Azərbaycan konfessiyalararası dialoqun növbəti mərhələsi Peterburqda keçirildi

Image


Sankt-Peterburq şəhərində "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi" mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın Rusiya bürosunun məlumatına görə, tədbir Azərbaycan Rusiyadakı səfirliyinin dəstəyi ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Sankt-Peterburq Dövlət Universiteti, Sankt-Peterburq və Rusiyanın Şimali-Qərb regionu üzrə Ruhani İdarəsi tərəfindən təşkil edilib.

"İslam həmrəyliyi ili" çərçivəsində Bakıda, Şimali Qafqazda, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda və İspaniyada keçirilmiş beynəlxalq tədbirlərin ardınca Sankt-Peterburqda baş tutan konfransda QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Mübariz Qurbanlı, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev, Bakıdakı Katolik icmasının ordinarisi Vladimir Fekete, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclis üzvləri, Rusiya və Azərbaycan Elmlər Akademiyasının institut rəhbərləri, tanınmış elm və din xadimlərindən ibarət geniş nümayəndə heyəti iştirak edib.

Konfrans "Qurani-Kərim"dən ayə oxunması ilə başlayıb.

Konfransı giriş sözü ilə Sankt-Peterburq və Rusiyanın Şimal-Qərb regionu müsəlmanları Ruhani İdarəsinin sədri Ravil-Həzrət Pançeyev açıb. O, MDB məkanında müsəlman xalqlar arasında mehriban dostluq əlaqələrinin olduğunu söyləyib: "MDB məkanında müsəlman və digər dinlərə məxsus xalqlar arasında tarixi bağlılığın möhkəm əsası var. Bu gün Peterburqun Tavriçeski sarayında belə bir tədbirin keçirilməsi də MDB məkanında dinlərarası dialoqun mövcudluğunu göstərir".

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını konfrans iştirakçılarına çatdırıb, tolerantlıq və multikulturalizmin Azərbaycanda dövlət strategiyası olduğunu söyləyib: "Bu gün Azərbaycan prezidenti İlham Əliyev qlobal səviyyədə ümumbəşəri və dini dəyərləri müdafiəçisi kimi çıxış edir. İnanclı insanlar Azərbaycan prezidentinin 2017-ci ili "İslam həmrəyliyi ili" elan etməsini yüksək qiymətləndirirlər. Ksenofobiyanın, islamofobiyanın dərinləşməsi fonunda belə səylər bizə, din xadimlərinə dini dəyərlərin qorunması işində güclü stimul verir. "İslam həmrəyliyi ili" çərçivəsində Şimali Qafqazda, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda, İspaniyada keçirilmiş və bu gün Sankt-Peterburqda  keçirilən beynəlxalq konfranslar bu ideyaların qlobal əhəmiyyət daşıdığını göstərir".

Peterqof Arxiyepiskopu Amvrosiy Moskva və bütün Rusiyanın patriarxı Kirillin konfrans iştirakçılarına müraciətini, Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov isə Federasiya Şurasının sədri Valentina Matviyenkonun konfrans iştirakçılarına təbrik məktubunu oxuyub.

Səfir Polad Bülbüloğlu isə çıxışında tədbir təşkilatçılarına təşəkkürünü bildirib. Bu tədbirin bu gün üçün böyük əhəmiyyət daşıdığını vurğulayan diplomat bir müddət əvvəl Moskvada keçirilən dini liderlərin görüşünü xatırladıb: "Biz 70 il kommunist rejimində yaşamışıq. Məktəbdə bizə Allahın olmadığını öyrədirdilər. Lakin bu rejimin süqutundan sonra insanlarımız tez bir zamanda dinə qayıtdılar. Bu gün Rusiyanın şimal paytaxtında keçirilən bu beynəlxalq konfrans xalqlarımız və ölkələrimiz arasında mehriban dostluq əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir".

Sonra konfrans işini plenar iclasla davam etdirib. İclasda çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Mübariz Qurbanlı Azərbaycanda bütün dinlərin nümayəndələrinin sülh və əminamanlıq şəraitində yaşadığını deyib: "Bu gün Azərbaycan öz tarixininin ən maraqlı səhifələrindən birini yaşayır. Tarixən bizim ölkəmizdə müxtəlif xalqlar, millətlər və dinlərdən olan insanlar sülh şəraitində yaşayıb, onlar arasında qarşılıqlı nifrətə yer olmayıb. Azərbaycanda mövcud olan dini tolerantlığın kökü əsrlər bundan öncəyə gedib çıxır".

M.Qurbanlı Azərbaycanda 28 qeyri-islam dini icmasının fəaliyyət göstərdiyini qeyd edib: "Onlardan 17-si xristian dini icmasıdır, hansılar ki, xristianlığın fərqli cərəyanlarına aiddir. Ən böyük qeyri-islam dini təşkilatı Rusiya Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasıdır. Azərbaycan eyni zamanda qədim kilsələrdən birinin - Alban Kilsəsinin vətənidir. Bu, şərqi pravoslavlığa aiddir. Alban udinləri tarixi Qafqaz Albaniyasının nəslindəndir. Udinlər bu günə kimi bizim ölkəmizdə yaşayırlar. Azərbaycanda tarixən formalaşan tolerant adət-ənənələr sayəsində udinlər müsəlmanlar arasında öz doğma dillərini, dini xüsusiyyətlərini qoruyub saxlaya biliblər".

Plenar iclasda "Rusiya-İslam Dünyası" strateji baxış Qrupunun koordinatoru Veniamin Popov, Şimali Qafqaz müsəlmanlarının Koordinasiya Mərkəzinin sədri, müfti İsmayıl Verdiyev, Azərbaycandakı Rus İcmasının sədri Mixail Zabelin, Rusiya Elmlər Akademiyasının (REA) Şərqşünaslıq İnstitunun direktoru Vitali Naumkin, REA-nın Əlyazmalar İnstitunun direktoru İrina Popova və AMEA-nın Əlyazmalar institunun direktoru Teymur Kərimli çıxış edib.

Konfransın sonunda Sankt-Peterburq və Rusiya Şimal-Qərb regionu müsəlmanları Ruhani İdarəsi ilə QMİ arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Allahşükür Paşazadə Rusiya patriarxına niyə təşəkkür etdi…

"MDB məkanında sülhə zərər vuran münaqişələr bizi narahat etməyə bilməz". APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, bunu Sankt-Peterburq şəhərində keçirilən "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi" mövzusunda beynəlxalq konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib.

Dağlıq Qarabağ münaqişəsinin uzun müddətdir həll olunmadığını xatırladan şeyxülislam bu münaqişənin Sovet İttifaqının süqutunun, postsovet məkanında separatizmin, millətlərarası qarşıdurmanın başlanğıcı olduğunu söyləyib: "Biz Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmasını dəstəkləyirik. Moskva və bütün Rusiyanın patriarxı əlahəzrət Kirillə Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllində və bu münaqişənin dini müstəviyə keçməməsində göstərdiyi vasitəçiliyi görə minnətdarıq". 

Şeyx Rusiyanın anti-İŞİD əməliyyatından danışdı

"Dinlərin müqəddəs ideallarının adam öldürməklə, zor tətbiqi ilə əlaqələndirilməsi nəticəsində müsəlmanlar, xristianlar həlak olur, məscidlər və kilsələr dağıdılır. Dünyanın müxtəlif regionlarında inanclı insanların ekstremist və terrorçu kimi qələmə verilməsi cəhdlərinin davam etdirilməsi bizi çox narahat edir" – deyən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə islamın mahiyyətinin bilərəkdən təhrif edildiyini vurğulayıb: "Biz İŞİD-i və bu cür terrorçu birlikləri, təkfirçiləri, öz maraqlarına çatmaq üçün islamı pərdə kimi istifadə edərək parçalayanları qətiyyətlə qınayırıq. Bununla əlaqədar Rusiyanın "İslam Dövləti" psevdonimi altında fəaliyyət göstərən, öz fəaliyyəti ilə dünya dininin adına ləkə gətirən İŞİD-ə qarşı keçirdiyi antiterror əməliyyatlarını dəstəkləyirik. Əminəm ki, ekstremizmə, radikalizmə qarşı mübarizə ancaq dövlətlərin, ictimai-siyasi xadimlərin və dini birliklərin birgə səyləri nəticəsində mümkün ola bilər. Gənclərimizi ənənəvi dini dəyərlər və tolerantlıq ruhunda tərbiyə edərək biz, dinlərarası razılığı və millətlərarası həmrəyliyi dəstəkləyə bilərik".

Patriarx Kirill Paşazadəyə “40 illik dostum” dedi…

"Rusiya, Azərbaycan və Ermənistan dini liderlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə istiqamətlənmiş əməkdaşlığı ümumi sülhməramlı xidmət nümunələrindən biridir". APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə Moskva və Bütün Rusiya Patriarxı Kirillin "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.

Patriarx Kirill müraciətində Qafqaz Müsəlmanları İdarəsi ilə Moskva Patriarxlığı arasındakı əməkdaşlığı xüsusi vurğulayıb: "Moskva Patriarxlığı Qafqaz Müsəlmanları İdarəsi ilə olduqca yüksək səviyyədə qarşılıqlı etimadla xarakterizə olunan uzunmüddətli münasibətləri qiymətləndirir. Bu işdə 40 ildir yaxın dostum, dialoq aparılmasının ardıcıl tərəfdarı və sülhməramlı işlərdə tərəfdaş kimi tanıdığım hörmətli Şeyxülislam Allahşükür Paşazadənin böyük xidməti var".

Patriarx din xadimlərinin və dini liderlərin ekstremizm probleminə birgə reaksiya verməli olduqlarını bildirib: "Aydın məsələdir ki, ekstremizmin yayılması dini maarifləndirmənin zəif olması, gənclərin informasiya kanallarından alınan məlumatları düzgün qiymətləndirə bilməməsi ilə bağlıdır. Buna görə də mənəvi təhsil və maarifləndirməni təşviq edərək camaatımızı bir-birinə hörmət etmək ruhunda tərbiyə etmək vacibdir".

Qeyd edək ki, Patriarxın konfrans iştirakçılarına müraciətini Peterqof Arxiyepiskopu Amvrosiy oxuyub.

Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ