Tiflisdə cinayətkar qrup ətrafında keçirilən xüsusi əməliyyat nəticəsində bir qrup üzvü ələ keçirilib, üç nəfər isə silahlı müqavimət göstərdiyi üçün məhv edilib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə mətbuat konfransında Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat rəhbəri Nino Giorgibiani bildirib. O deyib ki, cinayətkarların heç biri Gürcüstan vətəndaşı deyil.
“Interpressnews”-un xəbərinə görə, hazırda onların cinayətkar qruplarla mümkün əlaqələri araşdırılır.
Xəbərdə o da bildirilir ki, yerli sakinlər arasında əməliyyat zamanı xəsarət alan yoxdur. DTX sistemindən isə 1 nəfər həlak olub, 4 nəfər yaralanıb.
Qeyd edək ki, Tiflisdə antitürror əməliyyatı noyabrın 21-də axşam saatlarında başlayıb və 20 saatdan artıq davam edib.