İran prezidenti Həsən Ruhani Türkiyə və Rusiya dövlət başçıları ilə birlikdə sammitdə iştirak etmək üçün Soçiyə səfər edib.
Baki-xeber.com bu barədə İRNA agentliyinə istinadən xəbər verir.
Xatırladaq ki, bu gün Soçidə Türkiyə, İran və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan, Həsən Ruhani və Vladimir Putin arasında üçtərəfli görüş keçirilir. Danışıqların əsas mövzusunu isə Suriya çözümü təşkil edir. Daha öncə isə həmin ölkələrin XİN başçıları Mövlud Çavişoğlu, Məhəmməd Cavad Zərif və Sergey Lavrov arasında bazar günü Antalyada sözügedən mövzu ilə bağlı görüş keçirilib.