Türkiyənin İzmit şəhərində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş memorial abidə kompleksinin açılışı olub.
Baki-xeber.com-un xəbərinə görə, izmitin Çatalca-Kocaeli bölgəsində ucaldılan kompleksin üzərində Azərbaycan və türkiyə bayraqları əks olunub, altında isə “Xocalını unutmayaq” sözləri yer alıb.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın Xankəndidə yerləşən 366-ı motoatıcı alayının köməyilə Xoalıya hücum edərək dinc sakinləri vəhşicəsinə qətlə yetirib. Həmin faciədə 3 minlik şəhər əhalisindən 613 nəfəri, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca ən ağır işgəncələrlə qətl edilib, 487 nəfər ağır yaralanıb, 1275 nəfər əsir götürülüb, 197 nəfər isə itkin düşüb. Bütün bu dəhşətlərə isə onlar azərbaycanlı olduqları üçün məruz qalıb.