Erməni hərbçiləri Dağlıq Qarabağ ərazisində minaya düşüb.
Baki-xeber.com-un xəbərinə görə, hadisə noyabrın 21-də axşam saatlarında baş verib. Nəticədə 3 nəfər ölüb. Bunlar 1995-ci il təvəllüdlü Geqam Zakaryan, 1998-ci il təvəllüdlü Sarkis Abramyan və 1997-ci il təvəllüdlü Sarkis melikyandır. Hadisə nəticəsində daha bir nəfər- Narek Oveyan isə yaralanıb. Erməni mətbuatı onun da vəziyyətinin ağır olduğunu yazır.