İrəvanda rəsmi səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrov bu səhər erməni həmkarı Edvard nalbandyanla görüşüb.
Baki-xeber.com-un xəbərinə görə, ikitərəfli görüşün ardından mətbuat konfransı başlayıb.
Xatırdadaq ki, Rusiya XİN rəhbəri sergey Lavrov Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı regiona səfər edib. Noyabrın 20-də Bakıda yüksək səviyyəli görüşlər keçirən S.Lavrov daha sonra İrəvana səfər edib. Burada onun Ermənistan XİN başçısı ilə görüşünün ardından prezident Sarkisyanla da görüşü gözlənir.