Sabirabad rayonunda yol qəzası nəticəsində bir polis əməkdaşı ölüb, digəri yaralanıb.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, ölən sərnişin Sabirabad rayon Polis Şöbəsinin serjantı, 1982-ci il təvəllüdlü Cavadov Nicat Əlimirzə oğlu, xəsarət alan isə sürücü, polis baş leytenantı 1988-ci il təvəllüdlü Sultanov Şəhriyar Əhliyar oğludur.
Məlumata görə, qəzaya havanın qatı dumanlı olması səbəb olub.