Türkiyə, İran və Rusiya XİN başçıları Mövlud Çavuşoğlu, Məhəmməd Cavad Zərif və Sergey Lavrovun Antalya görüşündə müzakirəyə çıxarılan bütün məsələlərlə bağlı razılıq əldə olunub.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya dipmissiyasının rəhbəri görüşün nəticələrilə bağlı jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, Antalya görüşü üç ölkə prezidentinin iştirakı ilə noyabrın 22-də Soçidə keçiriləcək sammitdə qoyulacaq məsələlərin müzakirəsi məqsədi daşıyırdı. “Görüş çox məhsuldar oldu, biz əsas məsələlərlə bağlı ümumi razılıq əldə etdik”- Rusiya XİN başçısı bildirib.
Lavrov eyni zamanda deyib ki, Soçi sammiti ərəfəsində üç ölkənin Baş Qərargah rəisləri də görüş keçirərək Suriyanın deeskalasıyası məsələsinin detallarını müzakirə edəcək.