Cümə axşamı günü, 20 avqust 2026
     

Ermənistanı etiraz aksiyaları bürüyür... - FOTO

Image


Möhlət hüququnun ləğvinə və orduda xidmətə etiraz edən ermənistanlı tələbələrin etiraz aksiyaları davam edir

Son günlər Ermənistanda hərbi xidmətlə bağlı qanunlara nəzərdə tutulan dəyişikliklər və bu ölkənin ordusunda hökm sürən qanunsuzluqlar tələbələri və valideynləri etiraz aksiyalarına başlamağa vadar edir. Bu yaxınlaradək bədnam qonşu ölkədə gənclər üçün xidmətdən yayınmağın ən asan yolu nə yolla olur-olsun ali təhsil almaq, ya da ölkəni birdəfəlik tərk edib getmək idi. Lakin Ermənistanı tərk edən və xarici ölkələrdə şad-xürrəm yaşayanlar azlıq təşkil edirlər. Nisbətən imkanlı ailələrin övladları səfalət bürüyən ölkədə yaşamağa məcbur olduqlarından təhsil ocaqlarına üz tuturlar ki, qanuna dəyişiklik onların da xidmətdən yayınma yollarını bağlayır.

Bu səbəbdən son günlər təhsil alanların hərbi xidmətə çağırışdan möhlət hüququndan məhrum ediləcəyi barədə qanuna dəyişikliklərin olunması ilə bağlı müzakirələr ermənistanlı gənclərin kəskin etirazlarına səbəb olub. Çağırış haqqında qanuna dəyişiklik edilməsi zərurətinin ən əsas səbəbi isə bu ölkədə səfərbərlik ehtiyatlarının kəskin çatışmazlığıdır. Bu qanunla işğalçı ölkə heç olmasa ordusunun çağırışçı ehtiyatlarını qismən ödəməyə can atır. Şəxsi heyət çatışmadığından postlarda növbə çəkməyə kənd camaatının, hətta özlərini “azadmartik” adlandıran qocaların da cəlb edildiyi barədə məlumatlar Ermənistan media resurslarında dəfələrlə yer alıb.

Ermənistanda tələbələrin etiraz aksiyaları davam edir. Qanedici cavab almayan tələbələr artıq aclıq aksiyalarına da başlayıblar. Polislə etiraz aksiyasında iştirak edən tələbələr arasında toqquşmalar olur. Bəzi deputatlar və ictimai təşkilatlar tələbələrlə həmrəylik nümayiş etdirsələr də, səlahiyyətli qurumlar hələ də tələbələri razı salacaq addımlar atmırlar. İş o həddə çatıb ki, Ermənistan ordusunun ənənəsinə çevrilən “neustavşina” səbəbindən gənclər hər fürsətdən istifadə edərək orduda xidmətdən yayınmağa çalışır. Hərbi xidmətdən yayınmaq üçün özünə bədən xəsarətləri yetirməklə, hətta ömürlük şikəst olmağı belə gözə alanlar var. Xidmətdən möhlət hüququnun ləğvindən qorxuya düşən tələbələr İrəvanda, qanunsuzluqlardan təngə gələn əsgər valideynləri isə tez-tez qondarma “Dağlıq Qarabağ respublikasının “müdafiə nazirliyi”nin qarşısına toplaşaraq etiraz aksiyaları keçirirlər.

Ermənistan ordusundakı qanunsuzluqlar valideynləri təngə gətirib

Qısa müddət ərzində, yəni son 2-3 ayda Ermənistan ordusunda hərbi qulluqçuların müəmmalı ölümü və yaralanması, rüşvətxorluq, xidmət yerindən qaçma, xidmətdən yayınmaq məqsədilə özünə xəsarət yetirmə kimi müxtəlif hadisələr qeydə alınıb ki, bu da əsgər valideynlərinin kəskin etirazlarına səbəb olub. Bundan başqa, orduda özbaşınalıq, komandanlıq tərəfindən tabelikdə olan şəxsi heyətə ciddi nəzarətin təşkil olunmaması, vəzifələrinə səhlənkar yanaşma və səlahiyyətləri aşma, intizam cəzalarının düzgün verilməməsi, qarşılıqlı münasibətlərin nizamnamələrə uyğun qurulmaması da bir çox cinayətlərə yol açır ki, bu da Ermənistan ordusunun ənənəsinə, əsgər valideynlərinin isə baş bəlasına çevrilib.

Eyni zamanda, qarabağlı hərbi qulluqçuların Ermənistandan çağırılmış əsgər heyətini daim təzyiq altında saxlamaları səbəbindən bölmələrdə şəxsi heyət arasında nizamnamədənkənar münasibətlərin - “neustavşina” və “dedovşina” hallarının artan templə davam etməsi də ictimaiyyətin və əsgər valideynlərinin Ermənistan ordusuna olan münasibətinin kəskin dəyişməsinə səbəb olub.

Həmçinin istər Ermənistan müxalifətinin, ictimai təşkilatların, istərsə də valideynlərin qəzəbinə səbəb olan və səbr kasasının daşmasına gətirib çıxaran başqa məqamlar da düşmən ordusunda yetərincədir. Ermənistan silahlı qüvvələrinin yürütdüyü siyasət - baş verənləri ya maksimum dərəcədə gizlətmək, ya da ölüm hadisələrini qarşı tərəfin üzərinə yıxmaqla valideynləri sakitləşdirməyə cəhd göstərmələri artıq cəmiyyəti qane etmir. Bunun da səbəbləri müxtəlifdir. Valideynləri qəzəbləndirən qarşı tərəfin, yəni Azərbaycan Ordusunun hər hansı aktiv fəaliyyət həyata keçirməsi barədə rəsmi məlumatlar olmadığı halda Ermənistan tərəfinin itkilərinin - ölən və yaralananların sayının durmadan artmasıdır.

Daha bir səbəb isə övladlarının ölümü ilə bağlı valideynlərə doğru-düzgün məlumatların verilməməsidir ki, bu da müəmmalı şəraitdə ölən hərbçilərin valideynlərində bir çox cavabsız sualların yaranmasına zəmin yaradır. Övladlarını itirənlərin etirazına səbəb olan odur ki, hərbçinin ölümü barədə yayılan rəsmi məlumatların, sosial şəbəkələrdə yazılanlarla, hərbçinin xidmət yoldaşlarının danışdıqları ilə və istintaq orqanlarının verdiyi məlumatlarla tam fərqli olmasıdır.

Artıq heç nədən çəkinmədən öz sözlərini deyən valideynlərin etiraz aksiyasına toplaşmalarına səbəb isə heç bir hərbi əməliyyat, təxribat olmadığı halda təkcə oktyabr ayında ən azı 7 nəfərin ölümü, 15-ə yaxın hərbçinin isə yaralanması barədə mətbuatda və sosial şəbəkələrdə ziddiyyətli məlumatların olmasıdır.

Son 6 ölüm hadisəsi barədə yayılan məlumatlar isə Ermənistan cəmiyyətinin ən çox marağına və qəzəbinə səbəb olub. Belə ki, Ermənistan Müdafiə Nazirliyi 3 hadisə zamanı həlak olan hərbi qulluqçuların qarşı tərəfin atəşi nəticəsində öldüyü barədə yalan məlumat yayıb. Sonradan isə 6 ölüm hadisəsinin hərbi hissələrdəki nizamnamədənkənar münasibətlər zəminində baş verdiyi haqda məlumatlar mətbuatda öz əksini tapıb. Müəmmalı şəraitdə baş verən ölüm hadisələri ictimailəşdirildikdən sonra isə qarşı tərəfin atəşi nəticəsində öldürüldüyü iddia edilən hər üç hadisə ilə bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Artıq bir neçə vəzifəli şəxsin saxlandığı və istintaqa cəlb edildiyi də məlumdur.

Faktlara müraciət edək. Əvvəl qarşı tərəfin atəşi nəticəsində öldüyü iddia edilən Çaplin Markaryanın, David Harutunyanın və Hraç Avetisyanın da xidmət yoldaşları tərəfindən öldürüldüyü məlum olub. David Harutunyanı avtomatla başından güllələyənin onun xidmət yoldaşı, qumbaraatan vəzifəsində xidmət edən hərbi qulluqçu Aram Xaçaturyan olduğu məlum olub. Hərbi qulluqçu Hraç Avetisyanın da silah təmizlədiyi zaman əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində öldüyü barədə sonradan onun bölük komandiri məlumat verib. Guya Azərbaycan tərəfdən atılan atəş nəticəsində əsgər Tiqran Xaçatryanın öldürüldüyü barədə iddialara baxmayaraq, valideynləri buna şübhə ilə yanaşır, istintaq işinin obyektiv aparılmasını tələb edirlər.

Hətta düşmən atəşi nəticəsində öldüyü iddia edilən və “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilən Çaplin Markaryanın da ölümü barədə bir-birini təkzib edən, müxtəlif şübhəli fikirlər sosial mediada yayılıb. Ç.Markaryanın da xidmət yoldaşları tərəfindən, işğalçı orduda xidmətə Ermənistandan çağırılanlarla Qarabağdan olan erməni hərbçilər arasında baş verən dava zamanı öldürüldüyü bildirilir. Təmtəraqlı dəfn edilməsinə və medalla mükafatlandırılmasına baxmayaraq, Ç.Markaryanın da valideynləri etiraz aksiyalarına dəstək verir və oğlunun qatilinin cəzalandırılmasını tələb edirlər.

Hərbi qulluqçular Vladimir Melkonyanın və Vartan Xaçatryanın valideynlərinə də övladlarının Azərbaycan tərəfindən açılan atəşdən döyüş mövqeyində öldükləri barədə yalan məlumat verilib. Sonradan araşdırma nəticəsində Qaboyan soyadlı şəxs şahid qismində dindirilib. Onun sözlərindən məlum olub ki, hər iki hərbçi “bronejiletdə olublar”. Lakin baxış zamanı ölənlərin ikisinin də bronejiletlərinin zədəsiz və deşiksiz olduğu aşkar edilib. Bu isə Ermənistanlı hərbçilərin qarşı tərəfdən deyil, münaqişə zəminində xidmət yoldaşları tərəfindən öldürüldüyü barədə şübhələrin əsassız olmadığını sübut edir. Bu hadisələrlə də bağlı Ermənistan Müdafiə Nazirliyi istintaq idarəsi tərəfindən, qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, artıq 2 nəfərin həbs edildiyi də məlumdur.

Son hadisə nəticəsində isə işğalçı Ermənistan ordusunun daha 2 hərbi qulluqçusunun döyüş postunda yaralandığı məlum olub. Xəbəri sosial mediada paylaşanın yazdığına görə, Ermənistan tərəfindən işğal edilən Madagiz yaşayış məntəqəsindəki döyüş mövqeyində xidmət edən Çarents Nazaryan və Armen Arakelyan odlu silahdan açılan atəş nəticəsində yaralanıblar. Postdan qayıdıb silahı boşaldarkən, ehtiyatsızlıq səbəbindən avtomatdan açılan atəşdən yaralandığı iddia edilən hərbi qullquçulara hissənin tibb məntəqəsində yardım göstərilib. Yenə də ictimaiyyətdən gizli saxlamaq məqsədilə hadisənin səbəblərini qərargah zabitləri özləri araşdırırlar.

Ermənistanda ajiotaja səbəb olan məsələlərdən biri də bu ölkənin silahlı qüvvələrində tüğyan edən rüşvətxorluq hallarıdır. Düşmən ordusunda istədiyin hər şeyə görə istər vətəndaşlar, istərsə də hərbi qulluqçular mütləq rüşvət vermək məcburiyyətindədirlər. Xidmət yerini dəyişmək, ön xətt mövqelərinə düşməmək, xidmətə yenidən qayıtmaq, rütbəni vaxtında almaq, başqa vəzifəyə keçmək, Dağlıq Qarabağdan Ermənistanda olan hərbi hissəyə keçirilmək, bölmənin əşya təminatını yubatmamaq, məzuniyyətə getmək, yanına gələn valideyinlərlə görüşmək, dağlarda və soyuq yerlərdə yerləşən mövqelərə yanacaq çatdırmaq, hətta normal yeməklə təmin olunmaq üçün belə hərbçilərdən rüşvət tələb olunur.

Son bir neçə gün ərzində mətbuatda Ermənistan ordusunda rüşvətxorluq barədə yayılan məlumatlar fikrimizcə düşmən ordusunda vəziyyətin həqiqətən nə dərəcədə acınacaqlı olmasına sübutdur. Faktları bir daha sadalamaq fikrimizcə yerinə düşər. Yerevan şəhəri Lvov küçəsi 29 ünvanda yaşayan Karen Hovanisyandan orduya yenidən qayıtmaq üçün 3 min ABŞ dolları məbləğində rüşvət istəyən, hərbi hissənin qərargah rəisi vəzifəsində xidmət keçən, kapitan Hamlet Levonyan barədə cinayət işi açılıb, istintaq tədbirləri həyata keçirilir. Xəbəri paylaşan mənbənin bildirdiyinə görə fakt sübuta yetirilərsə H.Levonyan “xidmətini” dəmir barmaqlıqlar arxasında davam edəcək.

İşğal olunmuş Ağdam rayonu ərazisindəki bölmələrdən birində xidmət edən və yüksək rütbəli zabitlə əlbir olaraq rüşvət müqabilində şəxsi heyəti arzuladığı “yaxşı” yerlərə yerləşdirməklə pul qazanan, müqavilə əsasında xidmət edən çavuş Alik Hovanisyan barəsində də rüşvətxorluq faktına görə cinayət işi açılıb.

Növbəti biabırçılıq isə yalnız rüşvət verən hərbçilərin adlarının mənzil alanlar siyahısına daxil edilməsidir. Ermənistan sosial şəbəkələrində zabit ailələri belə bir xəbər paylaşıblar ki, noyabrın 15-də hərbi qulluqçulara paylanacaq mənzillərə görə hər bir zabit mütləq 3 min dollardan 10 min dollaradək rüşvət verməlidir. Sadalanan insidentlərlə bağlı Ermənistan Müdafiə Nazirliyi tərəfindən bu günədək heç bir rəsmi açıqlama verilməyib.

Əhalinin ən çox narahatçılığına səbəb olan hallardan biri də müxtəlif səbəblərdən yaralanan və əlil olan hərbçilərə qarşı Ermənistan Müdafiə Nazirliyinin biganəliyidir. Belə hallarla bağlı mətbuata müraciət edən, şikayət məktubları yazan, aylarla nazirliyin rəhbər işçilərinin qapılarında boynubükük gözləyən valideynlərin sayı yüzlərlədir. Sağlamlığını itirən və aylarla xəstəxanalarda süründürməçiliyə məruz qalan ermənistanlı ailələrin imdadına yetən, dərdinə əlac edən yoxdur. Ermənistan Müdafiə Nazirliyi yaralanan bir çox hərbçilərin müalicə və bərpasına vəsait ayırmaqdan qəti şəkildə imtina edir.

Bu dediklərimizə sübut olaraq son günlər mediada ən çox yer alan, Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Sisyan (Qarakilsə) rayonunun Anqeğakot kənd sakini 19 yaşlı Davit Bağikyanın acınacaqlı həyat hekayəsini misal göstərmək olar. Səkkiz aydan çoxdur ki, ağır vəziyyətdə İrəvanda mərkəzi hərbi klinik hospitalda yatan D.Bağikyanın atasının çoxsaylı müraciətlərinə Ermənistan Müdafiə Nazirliyi tərəfindən rədd cavabı verilib.

Ermənistan ordusuna 2016-cı ildə çağrılan Davit hospitala 47455 saylı artilleriya hərbi hissəsindən gətirilib. Xidmətinin 7-ci ayında hadisə zamanı baş nahiyəsindən ağır xəsarət alıb. Yaralı erməni əsgərin atası Samvel Bağikyanın dediklərinə görə, oğlu maşın üzərinə su çəni yerləşdirərkən, başı çən və maşın arasında qalaraq ağır xəsarət alıb. Hadisə ilə bağlı açılan cinayət işi hələ də davam edir. Bir neçə ay komada olan əsgər D.Bağikyan özünə gəlsə də, sərbəst şəkildə hərəkət edə, danışa bilmir. Kömək barədə müraciətlərinə Müdafiə Nazirliyindən rədd cavabı alan və səlahiyyətli şəxslərin qapısından qovulan yaralı erməni əsgər hazırda atası ilə birgə ağır sosial-məişət şəraitində yaşayır. Ermənistan qanunlarına görə maddi yardım ala bilməyən Bağikyan ailəsindən hətta hərbi hospitalda bəzi dərmanları belə özünün alması tələb olunur.

Bu cür mərhumiyyətlərlə yaşayan, hər addımda təhqirlərlə üzləşən hərbçi ailələri Ermənistanda yüzlərlədir və düşmən ölkənin Müdafiə Nazirliyi də onların taleyinə biganə qalır.

Onu da qeyd etmək lazımdır ki, bəzi erməni komandirlər baş vermiş cinayətləri, hərbi hissədə olan ölüm faktlarını bədbəxt hadisə kimi sənədləşdirməklə özlərini cinayət məsuliyyətindən yayındırırlar. Bu isə hadisələr zamanı xəsarət alan hərbi qulluqçuların və onların ailə üzvlərinin avtomatik sığorta pulları, kompensasiyalar, yardımlar və yaxud digər müavinətlər almaq imkanlarının üzərindən birdəfəlik qara xətt çəkir.

Təbii ki, sadaladığımız bütün bu neqativ hallar Ermənistan cəmiyyətində və hərbçi ailələrində ordu rəhbərliyinə qarşı etirazların çoxalmasına səbəb olur. İşğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirilən hərbi hissələrdə vəziyyət o dərəcədə acınacaqlıdır ki, Müdafiə Nazirliyi və hissə komandirləri hər vəclə valideynləri əsgərlərdən, onların xidmət yerlərindən maksimum təcrid etməyə çalışırlar. Bu yaxınlarda sosial mediada ermənistanlı valideynlərin Dağlıq Qarabağda xidmətdə olan övladlarına baş çəkmək üçün səfər edəcəkləri barədə xəbər yayılmışdı. Komandanlıq nə qədər “qabaqlayıcı” tədbirlər həyata keçirsə də, hərbi hissədə gördüklərindən dəhşətə gələn valideyinlər Ermənistan Müdafiə Nazirliyinə şikayət məktubları göndəriblər. Xankəndinə gələrək qondarma “respublika”nın “müdafiə nazirliyi” qarşısına toplaşıblar.

Hələlik nə Ermənistanın, nə də qondarma rejimin rəsmiləri tərəfindən etiraz aksiyası iştirakçılarını və şikayət edən valideynləri qane edəcək rəsmi cavab verilməyib. Bütün təqiblərə və təzyiqlərə, görülən qəti tədbirlərə baxmayaraq işğalçı orduda mövcud olan qanunsuzluqlara qarşı Ermənistan ictimaiyyətində narazılıqlar və xidmətdən yayınma halları artmaqda davam edir. Əgər ali təhsil alanların möhlət hüquqları ləğv olunarsa ermənistanlı gənclər xidmətdən yayınmaq üçün yeganə çıxış yolunu Ermənistanı tərk etməkdə görəcəklər.

Bu arada Ermənistan internet mediasında xidmət yerindən qaçan hərbçilərin də 200 min dram (təqribən 400 dollar) cərimə olunacaqları barədə qanunun qəbul ediləcəyi haqda xəbərlər yer alıb.

Qeyd edək ki, rəsmi açıqlamalara görə 2017-ci ilin yanvar-oktyabr ayları ərzində Ermənistan silahlı qüvvələrində müxtəlif səbəblərdən 54 nəfər ölüb, 88 nəfər yaralanıb. Lakin müstəqil mənbələr bu rəqəmlərin 2-3 dəfə çox olduğunu bildirirlər.

İsa İSMAYILOV

hərbi jurnalist



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ