Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə mətbuatına Soçidə rusiyalı həmkarı Vladimir putinlə keçirdikləri görüşlə bağlı geniş açıqlama verib.
Baki-xeber.com-un star.com.tr-yə istinadən xəbərinə görə, görüş zamanı iki ölkə liderləri Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı müzakirələr aparıb. Xəbərə görə, Ərdoğan deyib:”Hörmətli Putinlə Yuxarı Qarabağ mövzusunda da danışdıq. Daha öncə yeddi rayondan beşinin qaytarılması ilə bağlı qərar var. Bu qərarın yerinə yetirilməli olduğu üzərində durduq. Putin bu məsələni mümkün saysa da, gördüyüm qədərilə o qədər ümidli deyil. Putin tərəflərin bir-birinə münasibəti üzündən ümidsiz görünür”
Xatırladaq ki, Ərdoğanla Putin arasında son zirvə görüşü noyabrın 13-də Soçidə baş tutub.