Cümə axşamı günü, 20 avqust 2026
     

Akademik, millət vəkili Əhliman Əmiraslanov - 70

Image


Hər bir insan doğulduğu, ayaq açıb yeridiyi, boya-başa çatdığı torpağa çox bənzəyir. Bu, gəlişi gözəl söz deyil, qəbul edilmiş bir həqiqətdir. İnsanın xarakteri, daxili aləmi, ruhi-mənəvi gözəlliyi beşiyi yırğalanan, laylası çalınan ocaqla birmənalı olaraq bağlı olur. İnsan özündə həm mənəvi, həm də bioloji yaddaşı daşıyır. Ruhu saf, sağlam olan insanlar xalqın mənəviyyatının zənginləşməsində önəmli rol oynayırlar.

Belə insanlar, daşıdığı vəzifədən, sahib olduğu ictimai-siyasi statusdan asılı olmayaraq, əsl ziyalı kimi tanınır, hörmət-izzət sahibi olurlar. Milli kimliyə, ruha, Vətənə, xalqa, tarixi keçmişimizə bağlı şəxsiyyətlərdən, işıqlı insanlardan biri görkəmli ictimai-siyasi xadim, Milli Məclisin deputatı, böyük elm adamı, Yeni Azərbaycan Partiyasının üzvü, dünyaşöhrətli alim, akademik Əhliman Əmiraslanovdur.

70 il bundan əvvəl qədim-qayım Göyçə mahalının Zod kəndində ziyalı ailəsində doğulan Əhliman Tapdıq oğlu Əmiraslanov bir ailənin sevinci, oğul payı kimi dünyaya gəlsə də, sonradan tək bir elin yox, bütün xalqın gərəyi olan ziyalılardan birinə çevrildi. Əsl ziyalı adına layiq olan və bu statusu əməllərində yaşadan, xalqa, dövlətə, insanlığa, bütövlükdə isə bəşəriyyətə xidməti ilə təsdiqləyən Ə.Əmiraslanov xalqımızın böyük övladlarındandır. Noyabrın 17-də 70 yaşı tamam olan akademik Ə.Əmiraslanov həyatının çox böyük hissəsini insanlara şəfa verməyə, onların dərdinə əlac etməyə həsr edib. Bundan mənalı ömürmü yaşamaq olar?! Öz işıqlı əməlləri, qüsursuz fəaliyyəti ilə ürəklərə yaxşı mənada toxunmağı bacaran Ə.Əmiraslanovun ömür rübabının hər pərdəsində, hər simində həkimlik peşəsinə məhəbbət, öz doğma xalqına sevgi, sədaqət simfoniyası dillənir. O insanlar xalqın gözündə ucalır ki, onlar torpağa, Vətənə, el-obaya, xalqa sədaqətli olmağı bacarırlar. Sədaqət hissi isə Əhliman müəllimin xarakterinin əsas göstəricilərindən biridir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, 2015-ci ildə AMEA Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasında seleksiya və hibridləşmə üsulu ilə yaradılan (ixtira olunan) qızılgülün yeni sortuna "Akademik Əhliman Əmiraslanov" adı verilib. Bu, Azərbaycan tibb elminə, ictimai-siyasi fikrinə yeniliklər gətirən bir elm, dövlət xadiminə verilən böyük dəyərdir.

Ə.Əmiraslanov Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində, halal bir ocaqda, saf bir mühitdə, öz adət-ənənəsi olan bir eldə doğulub. Sözsüz ki, Göyçənin havası, suyu, sazı-sözü, müdrik insanları, elm və məqam sahiblərinin nəsihətləri, nümunəvi həyat tərzi Ə.Əmiraslanovun həyat yolunda xüsusi rol oynayıb. “İnsan doğulduğu torpağa bənzəyir” ifadəsi burada tam yerinə düşür. Ziyalı ailəsində dünyaya gələn bir insanın ziyalılığı, nurdan, ziyadan qidalanan həyat kredosu elə insanlara təmənnasız xidmət olmalıdır.

1965-ci ildə Zod kənd orta məktəbini qızıl medalla bitirən Ə.Əmiraslanov öz arzularının əlindən tutub Bakıya gəlib. Qızıl medallı gənc oğlanı Bakıda böyük uğurları, nailiyyətləri gözləyirdi. Tək arzusu ali məktəbə qəbul olunmaq, ata-anasının, doğmalarının, el-obasının ona ümidlə dikilən gözlərinə sevinc gətirmək idi. Orta məktəbi bitirdiyi ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur. Onun istedadı, savadı, öz peşəsinə sonsuz bağlılığı ona dərs deyən müəllimlərin, böyük alimlərin diqqətindən qaçmır. Beləliklə, Ə.Əmiraslanov 1969-cu ildə, hələ tələbəykən, Bakı Şəhər Kliniki Onkologiya Xəstəxanasında tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayır. Həkimlik peşəsinə sonsuz məhəbbət bəsləyən gələcək akademik öz üzərində çalışır, günü-gündən püxtələşirdi. 1971-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra, 1971–1974-cü illərdə Bakı Şəhər Kliniki Onkologiya Xəstəxanasının cərrahiyyə şöbəsində həkim-ordinator və şöbənin müdiri vəzifələrində çalışır.

Ə.Əmiraslanov 1974-cü ildə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Onkoloji Elmi Mərkəzinin (ÜOEM) nəzdində aspiranturaya daxil olur və 1977-ci ildə aspirantura müddəti başa çatmamış, "Bədxassəli şişlərlə əlaqədar aşağı ətrafların amputasiyasından sonra xəstələrin reabilitasiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülür. Lakin elmin çətin yollarında əzmlə irəlilədikcə, karyera zirvələri haqqında yox, xalqına, dövlətinə, el-obasına, milli elmimizə daha çox gərək olmaq barədə düşünürdü. Ə.Əmiraslanov aspiranturanı bitirdikdən sonra 1977–1992-ci illərdə ÜOEM-də kiçik elmi işçi, baş elmi işçi, aparıcı elmi işçi və professor vəzifələrində fəaliyyət göstərir. 1984-cü ildə "Osteogen sarkomalı xəstələrin kompleks müalicə üsulları" mövzusunda doktorluq dissertasiyası müdafiə edir.

Moskva şəhərində işlədiyi müddətdə Ə.Əmiraslanov SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Dayaq hərəkət aparatı şişləri olan xəstələrin reabilitasiyası və müalicəsi" üzrə Ümumittifaq Mərkəzinə rəhbərlik edib və SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin medalları ilə təltif olunub.

1985-ci ildə Ə.Əmiraslanov "Sümük sarkomaları" adlı orijinal monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının N.N.Petrov adına mükafatına və diplomuna layiq görülüb. 1986-cı ilin may ayında "Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların kliniki təcrübədə tətbiqi" haqqındakı silsilə işləri SSRİ Dövlət Mükafatına təqdim edilib və həmin ildə də elm və texnika üzrə SSRİ Dövlət Mükafatı laureatı olub.

Onun elmi məsləhətçiliyi və rəhbərliyi altında 10 nəfər tibb elmləri doktoru və 32 nəfər tibb elmləri namizədi yetişdirilib. Akademik Ə.Əmiraslanov 450-dən çox elmi əsərin, 19 monoqrafiyanın, 29 dərslik, dərs vəsaiti və tədris-metodik vəsaitin, 16 ixtira və səmərəliləşdirici təklifin, 20 metodik tövsiyənin, onlarca elmi-kütləvi məqalənin müəllifidir. Elmi işlərindən 200-dən çoxu xarici mətbuatda çap olunub (2015-ci ilə qədər).

Elmə olan böyük marağı onu daha da irəliyə apardı, arzularının yeni-yeni pillələrinə qovuşdurdu. Gördüyü, iştirak etdiyi hər bir yeni əməliyyat alim-həkimi, mükəmməl bir mütəxəssis kimi, seçdiyi sənətin sabahına hazırladı. Qarşıdan gələn illərdə onu saysız uğurlar qarşıladı. Ə.Əmiraslanov 1987-ci il iyun ayının 18-də ÜOEM-in ümumi onkologiya şöbəsində aparıcı elmi işçi vəzifəsinə təsdiq edildi. 1989-cu ildə həmin şöbədə professor vəzifəsinə seçildi və 1992-ci il iyulun 31-nə qədər həmin vəzifədə çalışdı.

Onu da vurğulayaq ki, 1992-ci ildən 2015-ci ilədək məhsuldar elmi, praktik fəaliyyətilə yanaşı, Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsində çalışıb. 23 il bu ali təhsil müəssisəsinə qüsursuz rəhbərlik edən Ə.Əmiraslanov bu illər ərzində çox böyük işlər görüb, xeyir əməllərə imza atıb. Onu da qeyd edək ki, 1993-cü il martın 23-də müsabiqə yolu ilə Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiri vəzifəsinə seçilən Ə.Əmiraslanov 2007-ci ildən həm də universitetin Onkoloji Klinikasının direktorudur.

Azərbaycanın görkəmli alimi Ə.Əmiraslanovun elmi fəaliyyəti dünya elmi mərkəzləri tərəfindən də yaxından izlənib və bu qurumlar da alimin xidmətlərinə yüksək dəyər veriblər. Belə ki, o, 1998-ci ildə Polşa Tibb Elmləri Akademiyasının, həmçinin, 2001-ci ildə indiki Rusiya Elmlər Akademiyasının xarici üzvü seçilib. Onu da vurğulayaq ki, Ə.Əmiraslanov, həmçinin, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini seçilib. 2006-cı ildən UNESCO-nun "Bioetika, elmi biliklərin və texnologiyaların etikası" Komitəsinin Rəyasət Heyətinin üzvü, UNESCO-nun ekspertidir. O, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi seçilib. 2010-cu il aprel ayının 30-da ölkə Prezidentinin Sərəncamına əsasən, Elmin İnkişafı Fondunun Himayədarları Şurasının, Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının, həmçinin, "Azərbaycan Respublikasının Milli Atlası"nın tərtibi üzrə redaksiya heyətinin üzvü təyin olunub. Adları qeyd edilən sahələrdə fəaliyyəti dövründə hər zaman öz prinsipiallığı, yeni ideyaları, maraqlı, faydalı təklifləri ilə seçilən Ə.Əmiraslanov elmə böyük töhfələr verib.

Ə.Əmiraslanovun ömür kitabına həkk olunan hər bir işi, əməli xalqa, dövlətə, bəşəriyyətə faydalı olub. Onun taleyinə yalnız həkimlik, alimlik yazılmayıb, ictimai-siyasi xadim kimi də xalqın danışan səsinə çevrilə bilib. Məlumdur ki, o, 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı və 2010-cu və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. Hazırda Milli Məclisdə Səhiyyə komitəsinin sədridir.

2011-ci ildə Avropa Tibbi-Onkologiya Cəmiyyətinin həqiqi üzvü və Dünya Azərbaycanlılarının III Qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilib. O, Türkdilli Ölkələrin Parlament Assambleyasının Parlamentlərarası Komissiyasının (TÜRKPA) sədridir.

18 iyul 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin edilib. 29 iyun 2016-cı ildə UNESCO-nun "Bioetika, Elm və Texnologiyaların Etikası" üzrə Azərbaycan Milli Komitəsinin sədri seçilib.

Onu da qeyd edək ki, akademik Ə.Əmiraslanovun fədakar işi və beynəlxalq əlaqələr prosesində həyata keçirdiyi aktiv fəaliyyəti nəticəsində 1996-cı ildə MDB ölkələrinin bir sıra ali məktəbləri (Rusiya və Ukrayna istisna olmaqla) sırasında yalnız Azərbaycan Tibb Universiteti Londonda çapdan çıxan Amerika və Avropa Təhsil Birliyinin Beynəlxalq reyestrinə daxil edilib. ATU 1998-ci ildə Qara Dəniz Hövzəsiətrafı ölkələrin Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçilib. Bütün bunlar Azərbaycan tibb təhsilinin beynəlxalq aləmdə geniş nüfuz qazanmasına və diplomların qarşılıqlı tanınmasına əhəmiyyətli dərəcədə zəmin yaradan mühüm amilə çevrilib. Alimin beynəlxalq fəaliyyəti haqqında da danışmaq yerinə düşərdi. Akademik Ə.Əmiraslanov dəfələrlə ABŞ, Fransa, Yaponiya, İtaliya, İsveç, Türkiyə, Kanada, Yunanıstan, Almaniya, Macarıstan, Avstriya, Çexiya, İran, Sinqapur, Rusiya Federasiyası, Pakistan, Polşa, İsrail və başqa xarici ölkələrdə keçirilən qurultay, simpozium, konqres və konfranslarda elmi məruzələrlə çıxış edib. Bundan başqa, əldə etdiyi elmi yeniliklərin müvəffəqiyyətlə səhiyyə praktikasına tətbiqinə nail olub.

O, Ümumdünya Ortoped-Travmatoloq və Onkoloqlar Assosiasiyasının, Yunanıstan, Çexiya, Macarıstan Onkoloqlar cəmiyyətlərinin, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının fəxri, Amerika Klinik Onkologiya Cəmiyyətinin, Rusiya Təbiət Elmləri Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının, Rusiya Elmlər Akademiyasının həqiqi üzvüdür.

Eyni gündə Əhliman müəllimi AMEA-da, rəhbərlik etdiyi Onkoloji Klinakada, layiqli deputat statusu daşıdığı Milli Məclisdə, yüksək həssaslıq və qayğı ilə təmsil etdiyi Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin seçiciləri ilə görüşdə görmək olar. Hər biri böyük enerji, məsuliyyət və peşəkarlıq tələb edən bu fəaliyyət sahələrinin hamısında uğur qazanmağın mümkünlüyü həqiqətən qibtə hissi doğurur. Ancaq qibtə və təəccüb üçün yer yoxdur. Yetər ki, daşıdığın intellektual potensialın xalq və dövlət üçün nə qədər əhəmiyyətli olduğunu dərk edərək, onu düzgün istiqamətdə həyata yönəldəsən…Əhliman müəllim kimi. 

Sözsüz ki, xalq üçün, cəmiyyət üçün faydalı, gərəkli olan şəxsiyyətlərin yetişməsində ailənin olduqca böyük rolu olur. Ə.Əmiraslanovun atası mərhum Əmiraslanov Tapdıq Muxtar oğlu (1918 – 1976) orta məktəb direktoru, Basarkeçər rayonunun rəhbər partiya vəzifələrində, həmin rayonun maarif şöbə müdiri vəzifəsində çalışıb, bütün qüvvə və bacarığını elin savadlanmasına, maariflənməsinə sərf edib, uzunmüddətli qüsursuz pedaqoji fəaliyyətinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Alim ömrünü ancaq çıraqla, işıqla müqayisə etmək olar. Öz nurunu, ziyasını ətrafa saçır və minlərlə könlü işıqlandırır. Ə.Əmiraslanovun böyük və mənalı ömrünün hər pilləsində uğurlar, nailiyyətlər, onun gördüyü xoş əməllər, şəfa verdiyi minlərlə xəstənin xeyir-duası var. Onun həyat yolu o qədər zəngin, o qədər məzmunlu, doludur ki, gənclər nümunə mənbəyi kimi ondan çox şeylər öyrənə bilər.  Örnək şəxsiyyət, örnək müəllim, örnək həkim, örnək alim, ictimai-siyasi xadim kimi Ə.Əmiraslanov yeni zirvələr fəth edib və etməkdədir. 70 yaşın işığında və müqəddəsliyində, mübarəkliyində ucalan Əhliman müəllimə can sağlığı və uğurlar arzu edirik.

İnternet məkanının açdığı geniş imkanlar şəraitində dəyərli akademikin ad gününün 17 noyabrda olduğunu görəndə fikrimdən tərəddüdsüz olaraq keçdi ki, ömrünü hamıya həsr etmək istəyən bu insana bir təbrik yazısı həsr edim və vicdanımın hökmü ilə yazdığım bu təbrik ona on minlərlə insanın adından kiçik bir minnətdarlıq payı olsun.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

18.08.2026 / 11:30
Hörmüz boğazında daha bir gəmiyə atəş açıldı – ölən var…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ