Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu Rusiya üçün prioritetdir. Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O deyib: “Bu, bizim üçün prioritet məsələlərdən biridir, ona görə ki, burada söhbət qonşularımızdan gedir”.
M.Zaxarova həmçinin vurğulayıb ki, Rusiya ATƏT Minsk qrupunun digər həmsədrləri ilə qarşılıqlı fəaliyyət göstərir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll yollarınını tapılması üçün tərəflərə kömək göstərməkdə davam edir.
“Azərbaycan Qafqaz regionunda Rusiyanın vacib strateji tərəfdaşıdır”. Bunu da Mariya Zaxarova brifinq zamanı deyib.
M.Zaxarova qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-də Azərbaycana rəsmi səfər edəcək.