Özbəkistan Respublikasının Müdafiə naziri, general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Baki-xeber.com-un Azərbaycan Müdafiə Nazirliyindən əldə etdiyi məlumata görə, səfər çərçivəsində Özbəkistanın Müdafiə nazirinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil və bir sıra digər istiqamətlərdə görüşlərinin keçirilməsi nəzərdə tutulub.