Bakının Nəsimi rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, Rəşid Behbudov küçəsində yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Eyvazova Nazlı və həmyaşıdı Osmanova Aliyəni təcili yardım xidmətinə məxsus "Mercedes" markalı avtomobil vurub. Xəsarət alan hər iki uşaq xəstəxanaya yerləşdirilib. Onların hər ikisi yaxınlıqdakı məktəbdən çıxaraq evə gedirmiş.
Faktla bağlı araşdırmalara başlanıb.