Kuzey Kıbrıs Türkiyə Cumhuriyyətinin müstəqilliyinə qovuşmasının 34 ili tamam oldu.
Bu münasibətlə Bakıdakı Bulvar Oteldə KKTC-nın Azərbaycan Nümayəndəliyi təntənəli bayram mərasimi keçirdi. Azərbaycanın və Türkiyənin tanınmış ictimai xadimləri, millət vəkilləri, nazirlik və komitə təmsilçilərinin qatıldığı mərasimdə hər iki ölkənin dövlət himnlərinin səslənməsinin ardından Nümayəndəliyin rəhbəri, çox hörmətli Ufuk Arça Turğanər çıxış edərək qonaqları salamladı. Yavru Vətənin müstəqillik tarixinə qısa ekskurs edən Ufuk xanım bu xoş gündə sevinclərini bölüşdükləri üçün qonaqlara təşəkkür etdi.
Sonra Azərbaycan tərəfindən təbrik üçün söz millət vəkili Hikmət Babaoğluna verildi. Təbrik çıxışları daha sonra ziyafətlə davam etdi.
Baki-xeber.com