çərşənbə günü, 21 oktyabr 2026
     

Bakı-Tiflis-Qarsın strateji əhəmiyyəti Vaşinqtonda toplantı mövzusu oldu - FOTO

Image


 

Noyabrın 14-də paytaxt Vaşinqtonda Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılışına həsr olunan tədbir keçirilib.

“Trend”-ə Azərbaycanın ABŞ-dakı Səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirin əsas məqsədi Azərbaycanın daxil olduğu regionda həyata keçirilən infrastruktur layihələri, o cümlədən Bakı-Tiflis-Qars dəmir yolu, eləcə də mövcud biznes və sərmayə imkanları barədə ABŞ-ın ictimai və biznes dairələrinin məlumatlandırılması olub. Digər tərəfdən, bu tədbir Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş və 2016-cı ildən etibarən hər il Vaşinqtonda keçirilən Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizləri Forumu çərçivəsində aparılan müzakirələrin davamlılığının təmin olunması və region ölkələri tərəfindən həmin sahələrdə əldə edilmiş nailiyyətlərin təqdim edilməsi məqsədi daşıyıb.

Azərbaycan tərəfinin təşəbbüsü və dəstəyi ilə Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil edilmiş və BP-nin Vaşinqton ofisinin ev sahibliyi etdiyi bu tədbirdə ABŞ dövlət qurumları, akademik təşkilatlar, ticarət palataları, biznes və siyasi dairələr, beynəxalq maliyyə institutları və diplomatik korpus təmsilçiləri iştirak ediblər.

Xəzər Siyasət Mərkəzinin icraçı direktoru Əfqan Niftiyev və “BP America Inc.”in kommunikasiya və xarici əlaqələr üzrə birinci vitse-prezidenti Meri Strit tədbirin açılışını ediblər. Bunun ardınca tədbirin moderatoru səfir Riçard Hoqland qonaqları salamlayaraq, tədbirin əhəmiyyətini vurğulayıb və iştirakçıları Bakı-Tbilisi-Qars dəmir yoluna həsr olunmuş video-çarxa baxmağa dəvət edib. Sonra Azərbaycanın və tədbirdə iştirak edən digər dövlətlərin ABŞ-dakı səfirləri çıxış ediblər.

Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında müasir İpək Yolunun canlandırılmasında mühüm bağlantı olan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən və onun regional əməkdaşlığın dərinləşməsinə verə biləcəyi töhfələrdən bəhs edibdir. Bu xüsusda, o, 30 oktyabr tarixində Bakıda Azərbaycan və Türkiyənin Prezidentləri, Gürcüstan, Qazaxıstan və Özbəkistanın Baş nazirləri, habelə Türkmənistan və Tacikstanın nazirləri və digər ölkələrin rəsmilərinin iştirakı ilə keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasiminə toxunaraq, bunun tarixi hadisə olduğunu söyləyibdir. Səfir Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud strateji əməkdaşlığa diqqət yönəldərək, üç ölkənin əvvəlki dövrlərdə enerji sahəsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi mühüm əhəmiyyətə malik olan birgə irimiqyaslı layihələri həyata keçirdiklərini və hazırda Avropanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin inşası üzərində işlədiklərini vurğulayıbdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin regional tranzit və logistik mərkəzə çevrilməsi sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətindən danışan səfir 1998-ci ilin sentyabrında ilk dəfə olaraq müasir İpək Yolunun canlandırılmasına həsr olunmuş konfransın ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirildiyini xatırladıb. Bəzi qüvvələrin istər Bakı-Tbilisi-Qars dəmir yolu, istərsə də digər irimiqyaslı layihələrin gələcəyinə inanmadığını qeyd edən diplomat bu layihələrin gerçəkləşməsində əsas məqam kimi Azərbaycan rəhbərliyinin siyasi iradəsi və strateji baxışının dayandığını diqqətə çatdırıbdır. Eyni zamanda, qardaş Türkiyə və qonşu Gürcüstanın ölkə rəhbərliyinin qarşılıqlı dəstəyi və strateji yanaşmasının əhəmiyyətini vurğulayan səfir son zamanlar həmin layihələrə Mərkəzi Asiya ölkələrinin maraq göstərməsi və qoşulmasını qeyd edib.

Bundan əlavə, E.Süleymanov həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən Azərbaycanın region ölkələri ilə birlikdə bu dəhlizlərin cəlbediciliyinin artırılması istiqamətində həyata keçirdiyi əməkdaşlıqdan, o cümlədən qonşu ölkələrlə sərhəd keçid və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsinə dair görülən tədbirlərdən məlumat verib. Regionumuzda son dövrlər aparılan islahatlarla bağlı nəzərə-çarpan bir göstərici kimi “ASAN xidmət”in təcrübəsinin nümunə olduğu vurğulanıbdır. Eləcə də, ölkəmizə əlavə xarici turist axınının təmin olunması məqsədilə bu xidmətin fəaliyyətinin genişləndirildiyi və “ASAN viza”nın təmin edildiyi bildirilib.

Səfir çıxışında həmçinin Azərbaycanda nəqliyyat sektorunda həyata keçirilən mühüm infrastruktur layihələrindən danışıb. O, ölkəmizin regionun nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və onun ərazisində təsis ediləcək azad ticarət zonasının oynayacağı roldan bəhs edib. E.Süleymanov Azərbaycan hökumətinin müasir İpək Yolunun canlandırılmasına böyük dəstəyinə diqqət çəkərək, bu işdə mövcud infrastruktur layihələri ilə yanaşı nəqliyyat sahəsinə məsul qurumların, o cümlədən “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “Silk Way” şirkətinin mühüm rolunu vurğulayıb. Eləcə də, səfir Azərbaycanın hava nəqliyyatı sahəsində də regionun lider ölkəsinə çevrildiyini və bu sahədə “Azərbaycan Hava Yolları” və “Silk Way” aviaşirkətinin “Boeing” şirkəti ilə əməkdaşlığını xüsusi qeyd edib.

Daha sonra Gürcüstan, Türkiyə, Türkmənistan və Özbəkistanın ABŞ-dakı diplomatik nümayəndəlik rəhbərləri çıxış edərək, regionun nəqliyyat və tranzit potensialından tam istifadə olunması sahəsində Bakı-Tiflis-Qars dəmir yolunun əhəmiyyətini vurğulayaraq, onun qonşu və regionun digər ölkələri arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi və ticarət yollarının şaxələndirilməsinə töhfə verəcəyinə əmin olduqlarını ifadə ediblər. Asiya və Avopa arasında yük daşımaları üçün məsafə, vaxt və xərc baxımından daha sərfəli olacaq bu dəmir yolunun iqtisadi faydaları ilə yanaşı onun regionda yaşayan xalqlar arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyi qeyd edilib.

Tədbir çərçivəsində həmçinin ABŞ-ın Dövlət Katibinin köməkçisinin ticarət məsələləri üzrə müavini Pitr Haas, ABŞ-ın Ticarət Palatasının vitse-prezidenti Qari Litman, Ticarət Nazirliyinin beynəlxalq ticarət administrasiyasının direktoru Metyü Edvard və Xarici Özəl Sərmayə Korporasiyasının icraçı direktoru Kenet Angel çıxış edərək, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə təbriklərini çatdırıb və bunun böyük nailiyyət olduğunu vurğulayıb. Bu layihənin region ölkələri arasında əməkdaşlığın dərinləşməsinə yardım etməklə yanaşı ABŞ şirkətləri üçün yeni imkanlar açacağına inam ifadə edilibdir. Bu kontekstdə, regionda irimiqyaslı infrastruktur layihələrinin gercəkləşməsi ilə bərabər həmin dəhlizin rəqabətqabiliyyətliliyini artırmaq məqsədilə qeyri-fiziki infrastrukturun, o cümlədən yükdaşıma tariflərinin cəlbedici olması, sərhəd-keçid və gömrük sahəsində əməkdaşlığın vacib olduğu bildirilib.

Bundan başqa, tədbirdə iştirak edən Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, akademik dairələr və özəl sektor nümayəndələri Bakı-Tbilisi-Qars dəmir yolunun önəmini vurğulamış, onun əməkdaşlıq üçün yeni imkanlar yaratdığını söyləmişlər.

Tədbirin sual-cavab hissəsində aparılan müzakirələr zamanı səfir E.Süleymanov yeni İpək Yolunun yalnız Çin ilə Avropa arasında əlaqələndirməyə deyil, regionun digər ölkələri arasında əməkdaşlığa da xidmət edəcəyini söyləyib. Bu xüsusda, Azərbaycandan kənd təsərrüfatı məhsullarının Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinə ixrac olunmasının təşviqi üçün Aktau şəhərində inşa edilmiş “Azərsun logistika və istehsalat mərkəzi” misal gətirilib. Eyni zamanda, xarici investisiyaların cəlb olunmasına gəlincə, Azərbaycan daxil olmaqla region ölkələrinin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tərtib edilən hesabatlarda reytinq sıralamasında xeyli irəliləyərək mövqelərini yaxşılaşdırmasının vacib məqam olduğu qeyd edilib.

Aparılan ümumi müzakirələrdə belə bir ümid ifadə edilib ki, region ölkələri arasında uğurlu əməkdaşlıq Ermənistan üçün bir nümunə olmalı və rəsmi İrəvanın Azərbaycan torpaqlarının işğalına son qoyması və bu əraziləri tərk etməsi, didərgin düşmüş həmvətənlərimizin öz doğma yurd-yuvasına qayıtması, eləcə də bu ölkənin beynəlxalq hüququn prinsiplərinə riayət etməsindən sonra Ermənistan da regionda həyata keçirilən bu kimi layihələrdən bəhrələnə biləcək.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ