Ötən gecə Azərbaycan ərazisinə qar yağıb.
Baki-xeber.com-un Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığı məlumata görə, oktyabrın 16-dan 17-nə keçən gecədən başlayaraq ölkənin şimal bölgəsinə qar yağmağa başlayıb. Havanın temperaturu 0-dək düşüb.
Ən çox qar Xızının dağlıq kəndlərindən olan Altıağac, Qızılqazma və Yarimcaya yağıb. Həmin ərazidə qarın hündürülüyü 5-10 sm-ə çatır.
Qar yağması hazırda da davam edir. Gecədən yağan qar Xızıda həmin kəndlərə gediş-gəlişi çətinləşdirib.