Sentyabrın 13-15-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Əmir Teymur dönəmində elm və mədəniyyət” adlı beynəlxalq konfrans keçiriləcək.
“Olaylar” xəbər verir ki, konfrans Özbəkistanın “Əmir Teymur” Fondu və TİKA tərəfindən reallaşdırılacaq. Tədbirdə yazıçı-publisist, Əmir Teymur haqqında 2 cildliyin müəllifi Yunus Oğuz məruzə ilə çıxış edəcək.