Rusiyanın Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya düşüb.
Baki-xeber.com-un APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Bakıxanov küçəsi 11 ünvanında qeydə alınıb.
Rusiyanın Bakıdakı səfirliyinə məxsus “Hyundai” markalı, 004 D 010 dövlət qeydiyyat nişanlı maşın Nicat Bəhmanlının idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.